DÇ-2018-in seçmə mərhələsi: Braziliya Argentinanı darmadağın edib və digər nəticələr - VİDEO

DÇ-2018-in seçmə mərhələsi: Braziliya Argentinanı darmadağın edib və digər nəticələr - VİDEO Görüş 3:0 hesabı ilə başa çatıb
Futbol
11 Noyabr , 2016 06:53
DÇ-2018-in seçmə mərhələsi: Braziliya Argentinanı darmadağın edib və digər nəticələr - VİDEO

Bakı. 11 noyabr. REPORT.AZ/ Futbol üzrə Braziliya yığması Dünya çempionatı -2018-in Cənubi Amerika üzrə seçmə qrup mərhələsinin ev oyununda Argentinanı darmadağın edib.

"Report" xəbər verir ki, Belu-Orizonte şəhərində keçən görüş 3:0 hesabı ilə başa çatıb.

Oyunda qolları Koutinyo (24-cü dəqiqə), Neymar (45) və Paulinyo (59) vurub. Komandaların İspaniyanın "Barselona" klubunda çıxış edən kapitanları Neymar və Lionel Messi ilk dəfə olaraq rəsmi matçda üz-üzə gəliblər.

DÇ-2018, Cənubi Amerika, 11-ci tur

Kolumbiya – Çili 0:0

Uruqvay – Ekvador 2:1

Qollar: 1:0 – 12 Koates, 1:1 – 45 Kaysedo, 2:1 – 45 Rolan.

Venesuela – Boliviya 5:0

Qollar: 1:0 – 3 Kouffati, 2:0 – 10 Martines, 3:0 – 67 Martines, 4:0 – 70 Martines, 5:0 – 74 Otero.

Paraqvay – Peru 1:4

Qollar: 1:0 – 10 Riveros, 1:1 – 49 Ramos, 1:2 – 71 Flores, 1:3 – 79 Kueva, 1:4 – 84, avtoqol Benites.

Braziliya – Argentina 3:0 (2:0, 1:0)

Qollar: 1:0 – 25 Koutinyo, 2:0 – 45 Neymar, 3:0 – 58 Paulinyo.

Son xəbərlər

Orphus sistemi