Yuxarı
    Bağlamaq

    DÇ-2018-in seçmə mərhələsi: İtaliya İspaniya ilə qarşılaşacaq

    Digər maraqlı oyun isə Türkiyə və Ukrayna arasında keçiriləcək

    Bakı. 6 oktyabr. REPORT.AZ/ Bu gün 2018-ci ildə Rusiyada təşkil olunacaq futbol üzrə dünya çempionatının seçmə qrup mərhələsinin II turunun oyunları keçiriləcək.

    "Report"un məlumatına görə, cümə axşamı "D", "G" və "İ" qruplarında 9 matç oynanılacaq.

    Azərbaycanlı futbol azarkeşlərinin maraqla gözlədiyi oyunlardan biri "İ" qrupunda - Türkiyə və Ukrayna arasında keçiriləcək. Qrupda yer alan komandaların hamısının aktivində 1 xal olduğundan, Fatih Terimin komandası qələbə qazanacağı təqdirdə mövqeyini yaxşılaşdırmaq şansı əldə edəcək.

    Gecənin digər maraqlı görüşü isə "G" qrupunda olacaq. Bu qrupun əsas oyununda İtaliya yığması İspaniyanı sınağa çəkəcək. Hər iki komanda ilk görüşdə qələbə qazanıb. Növbəti 3 xal komandanın yüksək pillələrdə qərarlaşmasına kömək edəcək.

    Dünya çempionatı, seçmə qrup mərhələsi, II tur

    6 oktyabr

    "D" qrupu

    22:45. Avstriya - Uels

    Vyana. Ernst Happel stadionu

    22:45. İrlandiya - Gürcüstan

    Dublin. Aviva Stadionu

    22:45. Moldova - Serbiya

    Kişinyov. Zimbru Stadionu

    Qrupda vəziyyət: Uels - 3. Avstriya - 3. İrlandiya - 1. Serbiya - 1. Gürcüstan - 0. Moldova - 0.

    "G" qrupu

    22:45. İtaliya - İspaniya

    Turin. "Yuventus" Stadionu

    22:45. Makedoniya - İsrail

    Skopye. Filip II Makedoniski adına milli stadion

    22:45. Lixtenşteyn - Albaniya

    Vadus. Reynpark Stadionu

    Qrupda vəziyyət: İspaniya - 3. İtaliya - 3. Albaniya - 3. Makedoniya - 0. İsrail - 0. Lixtenşteyn - 0.

    "İ" qrupu

    22:45. Kosova - Xorvatiya

    Şkoder. Lore Boruçi Stadionu

    22:45. İslandiya - Finlandiya

    Reykyavik. Lauqardalsvyollur

    22:45. Türkiyə - Ukrayna

    Konya. Konya Büyükşehir Bələdiyyəsi Stadionu

    Qrupda vəziyyət: Xorvatiya - 1. Ukrayna - 1. Finlandiya - 1. İslandiya - 1. Kosova - 1. Türkiyə - 1.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi