DÇ-2018-in rəsmi himnini Ledi Qaqa ifa edə bilər

DÇ-2018-in rəsmi himnini Ledi Qaqa ifa edə bilər İfaçı artıq mahnını yazıb və təsdiq üçün FİFA-ya göndərib
Futbol
7 Yanvar , 2018 00:46
DÇ-2018-in rəsmi himnini Ledi Qaqa ifa edə bilər

Bakı. 7 yanvar. REPORT.AZ/ Məşhur amerikalı müğənni Ledi Qaqa Rusiyada keçiriləcək futbol üzrə 2018-ci il Dünya çempionatının rəsmi himnini ifa edə bilər.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Britaniyanın "Daily Star" qəzeti yazıb.

Nəşrin məlumatına görə, 31 yaşlı ifaçı artıq mahnını yazıb və təsdiq üçün FİFA-ya göndərib.

Təşkilat bəstəni turnirin rəsmi himni kimi təsdiq etməsə, müğənni onu yeni solo albomuna daxil edəcək.

Dünya çempionatının oyunları 14 iyundan 15 iyuladək Rusiyanın 11 şəhərində keçiriləcək.

Son xəbərlər

Orphus sistemi