Yuxarı
    Bağlamaq

    DÇ-2018-in oyunlarına selfi çubuqları keçirmək mümkün olmayacaq

    Selfi çubuqları münaqişə vəziyyətlərində soyuq silah qismində istifadə oluna bilər

    Bakı. 9 fevral. REPORT.AZ/ Bu il Rusiyada keçiriləcək futbol üzrə Dünya çempionatı zamanı stadionlara selfi çubuqları, uzunluğu 25 sm-dən çox olan çətirlər, foto və video texnikası üçün ştativlər, həmçinin dronların keçirilməsi qadağan ediləcək.

    “Report” xəbər verir ki, FİFA-nın DÇ-2018 stadionlarında azarkeşlərlə bağlı təsdiq etdiyi davranış qaydaları keçirilməsi qadağan olunan 50 əşyadan ibarət siyahını özündə əks etdirir.

    Matç təşkilatçıları azarkeşlərə əşyalarını saxlanma kameralarında qoymağı təklif edəcəklər. Qadağan olunmuş əşya aşkar olunacağı təqdirdə qanun pozucusu stadiondan kənarlaşdırılacaq.

    Konkret olaraq selfi çubuqları ona görə qadağan olunub ki, o, münaqişə vəziyyətləri yaranacağı təqdirdə soyuq silah qismində istifadə oluna bilər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi