Bakı. 17 yanvar. REPORT.AZ/ Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatının infrastrukturunun dəyəri açıqlanıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə DÇ-2018-in Təşkilat Komitəsinin sədri Aleksey Sorokin açıqlama verib. O bildirib ki, bu məbləğ 480 milyard rubl (10 milyard 656 milyon manat) təşkil edir.
Qeyd edək ki, DÇ-2018-in oyunları 14 iyun – 15 iyulda Rusiyanın 11 şəhərində yerləşən 12 stadionda keçiriləcək.