DÇ-2018-in boykot edilməsi ilə bağlı Təşkilat Komitəsinə müraciət daxil olmayıb

DÇ-2018-in boykot edilməsi ilə bağlı Təşkilat Komitəsinə müraciət daxil olmayıb Bu barədə Təşkilat Komitəsinin baş direktoru məlumat verib
Futbol
30 Yanvar , 2017 11:23
DÇ-2018-in boykot edilməsi ilə bağlı Təşkilat Komitəsinə müraciət daxil olmayıb

Bakı. 30 yanvar. REPORT.AZ/ "Yığma komandaların 2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatını boykot etməsi ilə bağlı heç bir müraciət daxil olmayıb". 

"Report"un məlumatına görə, bu barədə turnirin Təşkilat Komitəsinin baş direktoru Aleksey Sorokin "R-Sport"a açıqlamasında bildirib.

A.Sorokin ümumiyyətlə boykotla bağlı heç nə eşitmədiyini söyləyib: "Əksinə, xeyli sayda ölkə yığması bazamızla tanış olmaq üçün bura gəlir. Biz onları qarşılayır, söhbət edir və bazanı göstəririk. Hazırda hər şey müsbətdir".

Qeyd edək ki, bir müddət əvvəl Ümumdünya Antidopinq Agentliyinin sabiq rəhbəri və Beynəlxalq Olimpiya Komitəsinin üzvü Riçard Paund bir neçə yığma komandanın Rusiyaya gəlməkdən imtina edəcəyini bildirib. R.Paund bunun dopinq qalmaqalı ilə əlaqəli olduğunu söyləyib.

Son xəbərlər

Orphus sistemi