DÇ-2018: İngiltərə Panamanı 6:1 hesabı ilə darmadağın edərək "play-off"a yüksəlib

DÇ-2018: İngiltərə Panamanı 6:1 hesabı ilə darmadağın edərək "play-off"a yüksəlib Bakı. 24 iyun. REPORT.AZ/ Futbol üzrə İngiltərə yığması DÇ-2018-in qrup mərhələsinin II turunda Panama üzərində böyükhesablı qələbə qazanıb.
Futbol
24 İyun , 2018 17:58
DÇ-2018: İngiltərə Panamanı 6:1 hesabı ilə darmadağın edərək play-offa yüksəlib

Bakı. 24 iyun. REPORT.AZ/ Futbol üzrə İngiltərə yığması DÇ-2018-in qrup mərhələsinin II turunda Panama üzərində böyükhesablı qələbə qazanıb.

“Report” xəbər verir ki, Nijnıy Novqorodun eyniadlı stadionunda keçirilən görüş 6:1 hesabı ilə avropalıların xeyrinə başa çatıb.

İngilislərin heyətində Harri Keyn het-trik, Con Stouns dubl edib. Cessi Linqard isə bir dəfə fərqlənməyə macal tapıb. Panamanın dünya çempionatında ilk qolunu isə Felipe Baloy vurub.

İngiltərə yığması bu qələbə sayəsində xallarının sayını Belçika ilə birgə 6 xala çatdıraraq turnirin "play-off" mərhələsinə vəsiqə qazanıb.

Panama və Tunis 1/8 finala çıxmaq şanslarını itirib.

DÇ-2018 – final mərhələsi. G qrupu. 2-ci tur

İngiltərə – Panama - 6:1

Qollar: 1:0 – Stouns – 8, 2:0 – Keyn – 22 (pen), 3:0 – Linqard – 36, 4:0 – Stouns – 40, 5:0 – Keyn – 45+1 (pen), 6:0 – Keyn – 62, 6:1 – Baloy – 78

Son xəbərlər

Orphus sistemi