DÇ-2018-ə vəsiqə qazanan Avstraliya yığmasının baş məşqçisi istefa verib

DÇ-2018-ə vəsiqə qazanan Avstraliya yığmasının baş məşqçisi istefa verib Postekoqlu yığmaya 2013-cü ilin oktyabrından rəhbərlik edirdi
Futbol
22 Noyabr , 2017 05:49
DÇ-2018-ə vəsiqə qazanan Avstraliya yığmasının baş məşqçisi istefa verib

Bakı. 22 noyabr. REPORT.AZ/ Futbol üzrə Avstraliya yığma komandasının baş məşqçisi Anqelos Postekoqlu vəzifəsindən istefa verib.

“Report” xəbər verir ki, bu barədə 52 yaşlı mütəxəssis Sidneydə keçirilən mətbuat konfransında məlumat verib.

Postekoqlu yığmaya 2013-cü ilin oktyabrında baş məşqçi təyin olunub.

Avstraliya millisi onun rəhbərliyi altında Rusiyada keçiriləcək 2018-ci il Dünya çempionatına vəsiqə qazanıb. Komanda "play-off" matçında Hondurası mübarizədən kənarlaşdırıb.

Son xəbərlər

Orphus sistemi