DÇ-2018-ə vəsiqə qazana bilməyən milli komandalar arasında turnir təşkil edilə bilər

DÇ-2018-ə vəsiqə qazana bilməyən milli komandalar arasında turnir təşkil edilə bilər ABŞ Futbol Federasiyası yarışa İtaliya, Hollandiya, Qana, Çili və digər yığmaları dəvət etməyi planlaşdırır
Futbol
15 Noyabr , 2017 12:08
DÇ-2018-ə vəsiqə qazana bilməyən milli komandalar arasında turnir təşkil edilə bilər

Bakı. 15 noyabr. REPORT.AZ/ Futbol üzrə 2018-ci il dünya çempionatına vəsiqə qazana bilməyən milli komandalar arasında turnir təşkil edilə bilər.

“Report” ESPN-ə istinadən xəbər verir ki, ABŞ Futbol Federasiyası yarışa İtaliya, Hollandiya, Qana, Çili və digər yığmaları dəvət etməyi planlaşdırır.

Turnirin 2018-ci il 14 iyun - 15 iyulda Rusiyadan keçiriləcək mundialın startından əvvəl keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Türkiyə, Çexiya, İrlandiya, Ukrayna, ABŞ, Paraqvay, Kot dİvuar kimi ölkələrin yığmaları da dünya çempionatına vəsiqə qazana bilməyiblər.

Son xəbərlər

Orphus sistemi