DÇ-2018: Danimarka yığması Peruya qalib gəlib

DÇ-2018: Danimarka yığması Peruya qalib gəlib Bakı. 16 iyun. REPORT.AZ/ Danimarka yığması Rusiyada keçirilən futbol üzrə dünya çempionatının qrup mərhələsi çərçivəsində, ilk matçda Peru komandasına qalib gəlib.
Futbol
16 İyun , 2018 22:20
DÇ-2018: Danimarka yığması Peruya qalib gəlib

Bakı. 16 iyun. REPORT.AZ/ Danimarka yığması Rusiyada keçirilən futbol üzrə dünya çempionatının qrup mərhələsi çərçivəsində, ilk matçda Peru komandasına qalib gəlib.

"Report" xəbər verir ki, qarşılaşmada yeganə qol 59 dəqiqədə vurulub. Yussuf Poulsen komandasının qələbə qolunu rəqibin qapısından keçirib. Poulsen oyunun ən yaxşı oyunçusu elan edilib.

Buna qədər Peru yığmasının oyunçusu Kristian Kueva 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirə bilməyib.

Danimarka növbəti oyununu iyunun 21-də Samarada Avstraliya yığmasına qarşı keçirəcək. Peru komandası isə Yekaterinburqda Fransa millisi ilə üz-üzə gələcək. 

Son xəbərlər

Orphus sistemi