DÇ-2018: Bu gün Avropada seçmə mərhələnin daha 9 oyunu keçiriləcək

DÇ-2018: Bu gün Avropada seçmə mərhələnin daha 9 oyunu keçiriləcək Türkiyə millisi Kosova ilə qarşılaşacaq
Futbol
12 Noyabr , 2016 08:34
DÇ-2018: Bu gün Avropada seçmə mərhələnin daha 9 oyunu keçiriləcək

Bakı. 12 noyabr. REPORT.AZ/ 2018-ci il Dünya çempionatının Avropa üzrə seçmə qrup mərhələsinin bu gün daha 9 oyunu keçiriləcək.

"Report"un məlumatına görə, "D", "G" və "İ" qruplarında yer alan komandalar çıxış edəcək.

Yeddi xalla "D" qrupunda ilk iki pilləni bölüşən İrlandiya və Serbiya yığmaları səfərdə qüvvələrini sınayacaq. İrlandiya Avstriyanın, Serbiya isə Uelsin qonağı olacaq. Aktivində 5 xal olan Uels qələbə qazanacağı təqdirdə qrup birinciliyinə qədər yüksələ bilər. Bunun üçün İrlandiya Avstriya səfərindən xalsız dönməlidir. Qrupun digər oyununda Gürcüstan qrup sonuncusu Moldovanı qəbul edəcək.

"G" qrupunda da demək olar ki, eyni vəziyyətdir. İspaniya və İtaliya yığması hərəyə 7 xalla ilk iki pilləni bölüşür. İspaniya xalsız Makedoniyanı qəbul edəcəksə, İtaliya digər xalsız komanda Lixtenşteyn səfərində meydana çıxacaq. Hərəyə 6 xal olan Albaniya və İsrail yığmaları da öz aralarında qalibi müəyyənləşdirəcək.

"İ" qrupunun liderini müəyyənləşdirəcək oyunda Xorvatiya və İslandiya yığmaları üz-üzə gələcək. Komandaların aktivində 7 xal var. Azərbaycanda kifayət qədər azarkeşləri olan Türkiyə yığması isə geri dönüş etmək və uğursuzluq zolağından çıxmaq üçün Kosovanı sınağa çəkəcək. Qrupun digər oyununda isə Ukrayna və Finlandiya komandaları qarşılaşacaq.

Dünya çempionatı, seçmə qrup mərhələsi, IV tur

12 noyabr

D qrupu

21:00. Gürcüstan - Moldova

21:00. Avstriya - İrlandiya

23:45. Uels - Serbiya

Qrupda vəziyyət: İrlandiya - 7. Serbiya - 7. Uels - 5.Avstriya - 4. Gürcüstan - 1. Moldova - 0.

G qrupu

23:45. Lixtenşteyn - İtaliya

23:45. Albaniya - İsrail

23:45. İspaniya - Makedoniya

Qrupda vəziyyət: İspaniya - 7. İtaliya - 7. Albaniya - 6. İsrail - 6. Makedoniya - 0. Lixtenşteyn - 0.

İ qrupu

21:00. Türkiyə - Kosovo

21:00. Xorvatiya - İslandiya

23:45. Ukrayna - Finlandiya

Qrupda vəziyyət: Xorvatiya - 7. İslandiya - 7. Ukrayna - 5. Türkiyə - 2. Finlandiya - 1. Kosovo - 1.

Son xəbərlər

Orphus sistemi