DÇ-2018: BBC-nin şərhçisini qarət edən erməni taksi sürücüləri həbs olunublar

DÇ-2018: BBC-nin şərhçisini qarət edən erməni taksi sürücüləri həbs olunublar Onlar sentyabrın 7-dək azadlıqdan məhrum ediliblər
Futbol
10 İyul , 2018 13:43
DÇ-2018: BBC-nin şərhçisini qarət edən erməni taksi sürücüləri həbs olunublar
0 : 00
0 : 00

Bakı. 10 iyul. REPORT.AZ/ Rusiyanın paytaxtı Moskvada BBC-nin futbol şərhçisini qarət edən taksi sürücülərinin milliyyətcə erməni olduqları müəyyənləşib.

"Report"un məlumatına görə, bunlar Aramais Bədəlyan və Lendruş Sədrəkyandır. Hər iki şəxs barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib. Taqansk rayon məhkəməsinin hökmü ilə onlar sentyabrın 7-dək azadlıqdan məhrum ediliblər.

Taksi sürücüləri dünya çempionatını işıqlandırmağa gələn Böyük Britaniya vətəndaşına avtomobilə əyləşdiyi vaxt kofe adı ilə bihuşedici dərman veriblər. Bundan sonra şərhçi huşunu itirib. O, özünə gəldikdən sonra nağd pulları, mobil telefonu və bank kartlarının oğurlandığını görüb. Şübhəli şəxslər pulu bank kartları vasitəsilə çıxarıblar.

Faktla əlaqədar cinayət işi qaldırılıb. Taksi sürücüləri günahlarını boyunlarına alıblar.

Son xəbərlər

Orphus sistemi