Yuxarı

DÇ-2018: Azərbaycan milli komandası San Marino yığmasını böyük hesabla məğlub edib - YENİLƏNİB-4 - VİDEO

Azərbaycan milli komandası növbəti qələbəsini qazanıb

Bakı. 4 sentyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan milli komandası 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində növbəti qələbəsini qazanıb.

"Report"un məlumatına görə, Robert Prosineçkinin rəhbərlik etdiyi kollektiv VIII tur çərçivəsində San Marino yığmasını məğlub edib.

Milli komanda "Bakcell Arena"da baş tutan görüşdə rəqibini 5:1 hesabı ilə üstələyib. Bununla da yığma seçmə mərhələlərdə ilk dəfə 10 xal toplanış olub və bir tsikldə 3 qalibiyyət əldə edib.

Bu zəfər sayəsində milli yer aldığı C qrupunda 3-cü pilləyə yüksəlib.

VIII tura bu gün Bakı vaxtı ilə saat 22:45-də start götürəcək Şimali İrlandiya - Çexiya və Almaniya - Norveç qarşılaşmaları ilə yekun vurulacaq.

Qeyd edək ki, Azərbaycan yığması bunadək 2014-cü il dünya çempionatının seçmə mərhələsində 9 xal toplamışdı. R.Prosineçkinin baş məşqçisi olduğu komanda cari tsiklə San Marinonu səfərdə, Norveçi isə evdə 1:0 hesabı ilə məğlub etməklə yanaşı, Çexiya ilə rəqib meydanında qolsuz heç-heçə edib.

2018-ci il dünya çempionatının seçmə mərhələsi

C qrupu

Azərbaycan – San Marino 5:1

Qollar: Əfran İsmayılov, 20; 57. Araz Abdullayev, 25. Mikele Çevoli, 71 (öz qapısına). Rəşad Sadıqov, 81 - Mirko Palatsi, 74

Baş hakim: Nikola Dabanoviç

Baş hakimin köməkçiləri: Milutin Cukiç Yovitsa Tatar

Dördüncü hakim: Pavle Radovanoviç

(Hakimlər Monteneqrodandır)

Hakim-inspektor: Kay Osterqard (Danimarka)

Komissar: Oljas Abrayev (Qazaxıstan)

Bakı. "Bakcell Arena"

Xal durumu: Almaniya - 21, Şimali İrlandiya - 16, Azərbaycan - 10, Çexiya - 9, Norveç - 7, San Marino - 0.


***21:36

Futbol üzrə 2018-ci il dünya çempionatının seçmə qrup matçında Azərbaycan - San Marino yığmaları arasında qarşılaşmada komandamız növbəti dəfə hesabı açıb.

"Report" xəbər verir ki, matçın 81-ci dəqiqədə Rəşad Sadıqov komandamızı növbəti dəfə hesabda irəli çıxarıb - 5:1.


***21:36

Futbol üzrə 2018-ci il dünya çempionatının seçmə qrup matçında Azərbaycan - San Marino yığmaları arasında qarşılaşmada hesab 4:1-ə çatıb.

"Report" xəbər verir ki, oyunun 71-ci dəqiqəsində San Marino yığmasının oyunçusu Cevoli topu öz qapısına göndərib. Lakin 3 dəqiqə sonra Palazzi hesab arasındakı fərqi azaldıb - 4:1 


***21:12

Azərbaycan milli komandası futbol üzrə 2018-ci il dünya çempionatının seçmə qrup matçında San Marino yığması ilə qarşılaşmada hesabı 3:0-a çatdırıb.

"Report"un məlumatına görə, Əfran İsmayılov qarşılaşmada özünün 2-ci qolunu vurub.


***21:12

Futbol üzrə 2018-ci il dünya çempionatının seçmə qrup matçında Azərbaycan-San Marino qarşılaşmasıının ilk hissəsi başa çatıb.

"Report" xəbər verir ki, matçın birinci hissəsi Azərbaycan milli komandasının 2:0 üstünlüyü ilə yekunlaşıb. 


***20:46

Azərbaycan milli komandası futbol üzrə 2018-ci il dünya çempionatının seçmə qrup matçında San Marino yığması ilə qarşılaşmada hesabda növbəti dəfə önə çıxıb.

"Report"un məlumatıına görə, qarşılaşmanın 25-ci dəqiqəsində Araz Abdullayev hesabı 2:0-a çatdırıb.


*** 20:22

Azərbaycan milli komandası futbol üzrə 2018-ci il dünya çempionatının seçmə qrup matçında San Marino ilə qarşılaşmada hesabda önə çıxıb. 

"Report" xəbər verir ki, qarşılaşmanın 20-ci dəqiqəsində Əfran İsmayılov hesabı açıb - 1:0


***20:01

Azərbaycan və San Marino milli komandalarının futbol üzrə 2018-ci il dünya çempionatının seçmə qrup matçı başlayıb.

"Report"un məlumatına görə, bu gün seçmə qrup mərhələsi çərçivəsində VIII turun növbəti oyunları keçirilir.

Azərbaycan: 23. Səlahat Ağayev, 3. Maqomed Mirzabekov, 7. Araz Abdullayev, 11. Ramil Şeydayev, 13. Təmkin Xəlilzadə, 14. Rəşad Sadıqov (kap.), 16. Cavid Hüseynov, 19. Rahid Əmirquliyev, 20. Riçard Almeyda, 21. Tərlan Quliyev, 22. Əfran İsmayılov

Ehtiyat oyunçular: 1.Kamran Ağayev, 12.Anar Nəzirov, 2. Qara Qarayev, 4.Pavel Paşayev, 5. Ürfan Abbasov, 8.Renat Dadaşov, 9. Namik Ələskərov, 10. Ruslan Qurbanov, 15. Ruslan Abışov, 17. Mahir Mədətov, 18. Ağabala Ramazanov

Baş məşqçi: Robert Prosineçki

San Marino: 1. Aldo Simonçini (kap.), 2 Davide Çezarini, 3. Andrea Qrandoni, 4. Mikele Çevoli, 6. Mirko Palatsi, 7. Aleks Qasperoni, 11. Alessandro Qolinuççi, 13. Alessandro Della Valle, 14. Mikele Çervellini, 16. Danilo Rinaldi, 17. Fabio Tomassini.

Ehtiyat oyunçular: 12. Cacomo Muraççini, 23. Mattia Mantsaroli, 5. Fabio Vitayoli, 8. Mixael Battistini, 9. Mattia Stefanelli, 10. Maykol Berretti, 15. Kristian Brolli, 18. Marko Bernardi, 19. Luka Tosi, 20. Joze Hirş

Baş məşqçi: Pyerancelo Mantsaroli

Baş hakim: Nikola Dabanovic

Baş hakimin köməkçiləri: Milutin Djukic, Jovica Tatar

Dördüncü hakim: Pavle Radovanovic

(Hakimlər Monteneqrodandır)

Hakim-inspektor: Kaj Ostergaard (Danimarka)

Komissar: Oljas Abrayev (Qazaxıstan)

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi