Yuxarı

DÇ-2018: Argentina 1/8 finala yüksələrək, Fransaya rəqib olub

DÇ-2018: Argentina 1/8 finala yüksələrək, Fransaya rəqib olub

Bakı. 27 iyun. REPORT.AZ/ Futbol üzrə dünya çempionatında D qrupunda III tur qarşılaşmalarına yekun vurulub.

"Report"un məlumatına görə, son turun hər iki oyunu eyni hesabla yekunlaşıb. Argentina Nigeriya, Xorvatiya isə İslansiya ilə qarşılaşmada 2:1 hesablı qələbəyə nail olub.

Bununla da 9 xala malik Xorvatiya ilə 4 xal toplayan Argentina 1/8 finala yüksəlib. Növbəti mərhələdə Xorvatiya C qrupunda 2-ci yeri tutan Danimarka, Argentina isə həmin qrupun lideri Fransa ilə qarşılaşacaq.

DÇ-2018

III tur

26 iyun

D qrupu

22:00. Nigeriya - Argentina - 1:2

Qol: Viktor Mozes, 51 (pen.) - Lionel Messi, 14. Markos Roxo, 87

Hakimlər: Cüneyt Çakır, Bahattin Duran, Tarik Onqun (hamısı Türkiyə), Byorn Kuypers, Sander van Rökel (hər ikisi Hollandiya)

Sankt Peterburq, "Sankt-Peterburq" stadionu

22:00. İslandiya - Xorvatiya - 1:2

Qollar: Gilfi Siqurdsson, 76 (pen.) - Milan Badel, 53. İvan Perişiç, 90

Hakimlər: Antonio Matyö Lahoz, Pau Sebrian Devis, Roberto Dias Peres Del Palomar (hamısı İspaniya), Con Pitti, Qabriel Viktoria (hər ikisi Panama)

Rostov-Don, "Rostov Arena".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi