DÇ-2018: Almaniya yığması Azərbaycan milli komandası ilə matç ərəfəsində daha bir futbolçu itkisi ilə üzləşib

DÇ-2018: Almaniya yığması Azərbaycan milli komandası ilə matç ərəfəsində daha bir futbolçu itkisi ilə üzləşib Hücumçu Yulian Draksler heyətdən çıxarılıb
Futbol
8 Oktyabr , 2017 18:31
DÇ-2018: Almaniya yığması Azərbaycan milli komandası ilə matç ərəfəsində daha bir futbolçu itkisi ilə üzləşib

Bakı. 8 oktyabr. REPORT.AZ/ Almaniya yığması Azərbaycan milli komandası ilə bu gün keçirəcəyi 2018-ci il dünya çempionatının seçmə qrup matçı ərəfəsində daha bir futbolçu itkisi ilə üzləşib.

"Report"un Almaniya Futbol İttifaqının rəsmi saytına istinadən verdiyi məlumata görə, hücumçu Yulian Draksler heyətdən çıxarılıb. Fransa PSJ-sində çıxış edən forvardın qripə yoluxduğu açıqlanıb.

Qeyd edək ki, Kayzerslautern şəhərindəki "Frits Valter" stadionunda keçiriləcək Almaniya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.   

Son xəbərlər

Orphus sistemi