Yuxarı

DÇ-2010-da ilk qolun müəllifi olan futbolçu karyerasını Azərbaycanda davam etdirə bilər

DÇ-2010-da ilk qolun müəllifi olan futbolçu karyerasını Azərbaycanda davam etdirə bilər

Cənubi Afrika Respublikası (CAR) millisinin sabiq futbolçusu Sipive Çabalala karyerasını Azərbaycanda davam etdirə bilər.

“Report” “Sowetan Live” portalına istinadən xəbər verir ki, 35 yaşlı hücumçu ilə Premyer Liqanın bir neçə klubu maraqlanır. İddiaya görə, onların sırasında Çabalala ilə vətənində “Kayzer Çifs”də komanda yoldaşı olan Hendrik Ekşteynin hazırda formasını geyindiyi “Sabah” da var.

Forvardın agenti ötən ilin iyununda Türkiyə təmsilçisi “Erzurumspor”dan ayrılandan bəri klubsuz olan müştərisinin karyerası bitirmək haqda düşünmədiyini bildirib. O, hazırda bir neçə klubla danışıq apardıqlarını vurğulayıb.

Qeyd edək ki, Çabalala 2010-cu ildə CAR-da keçirilən dünya çempionatının açılış matçında ilk qolun müəllifi kimi tarixə düşüb. O, Meksika yığması ilə görüşün 55-ci dəqiqəsində hesabı açsa da, rəqib 79-cu dəqiqədə bərabərlik topunu vura bilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi