David Manqa: "Ən yaxşısı, "Zirə"ni tərk etməkdir" - MÜSAHİBƏ

David Manqa: "Ən yaxşısı, "Zirə"ni tərk etməkdir" - MÜSAHİBƏ Bakı. 10 dekabr. REPORT.AZ/ Zirənin futbolçusu David Manqa Neftçiyə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun ilk 1/4 final matçından sonra jurnalistlərin suallarını cavablandırıb.
Futbol
10 Dekabr , 2017 19:05
David Manqa: Ən yaxşısı, Zirəni tərk etməkdir - MÜSAHİBƏ

Bakı. 10 dekabr. REPORT.AZ/ "Zirə"nin futbolçusu David Manqa "Neftçi"yə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun ilk 1/4 final matçından sonra jurnalistlərin suallarını cavablandırıb.

"Report"un məlumatına görə, yeganə qolun müəllifi qış fasiləsində komandadan ayrılacağını söyləyib.

- Oyunu necə dəyərləndirirsiniz?

- Qol vuraraq, komandamın qələbəsinə yardımçı olduğum üçün çox məmnunam. Amma unutmayaq ki, hələ qarşıda cavab oyunu var. Səfər matçında üstünlüyümüzü qoruya və ya artıra bilərik. Hazırkı məqamda yalnız növbəti mərhələ barədə düşünməliyik.

- Bu hesab mərhələ adlamağa kifayət edəcək?

- Ən vacibi, qələbə qazanmaqdır. Necə oynayacağımızın fərqi yoxdur.

- Az-az oynamağınızın səbəbi nədir?

- Bəlkə də mükəmməl formada deyiləm. Amma hazırkı məqamda ən doğrusu, oyuna ehtiyatdan daxil olaraq, komandama güc qatmaqdır.

- Bəs ehtiyatda qalmağınız qışda müqavilənizə xitam verilməsinə səbəb ola bilərmi?

- Mən hələ "Zirə"nin bir parçasıyam. Klubla müqaviləm davam edir. Bu barədə danışmaq tez olardı.

- Məsələ "Neftçi" ilə oyundan sonra həll olunacaq?

- Oyundan sonra görəcəyik. Hələ qış fasiləsi də var.

- Özünüz burada qalmaqdan məmnunsunuz, yoxsa getmək istəyirsiniz?

- Problem bundadır ki, Premyer Liqaya yaxşı başlamadım. Uyğunlaşma çox ləng getdi. Belə bir vəziyyətdə ən yaxşısı getməkdir.

Son xəbərlər

Orphus sistemi