​Dava səbəbindən oyunu təxirə salınan komanda çempion olub

​Dava səbəbindən oyunu təxirə salınan komanda çempion olub Hadisə Çili çempionatında baş verib
Futbol
7 Dekabr , 2015 12:53
​Dava səbəbindən oyunu təxirə salınan komanda çempion olub

Bakı. 7 dekabr. REPORT.AZ/ Çilinin futbol üzrə Apertura Liqasında azarkeşlər arasında yaranan insident "Kolo-Kolo" və "Santyaqo Uonderers" komandaları arasındakı oyunun təxirə salınmasına səbəb olub. "Report"un məlumatına görə, insident ilk olaraq oyunun keçirilməli olduğu Valparaiso şəhərinin Sotomayor meydanında baş verib.

Azarkeşlər metal və taxta dəyənəklərlə bir-birinə hücum ediblər. Daha sonra münaqişə matçın baş tutacağı "Elias Fiqeroa" stadionunda davam edib. "Kolo Kolo"nun futbolçuları azarkeşlərini sakitləşdirməyə çalışsalar da, cəhdləri uğursuz alınıb. Azarkeşlər arasındakı davanın gücləndiyini görən baş hakimi Enrike Osses oyunun dayandırılmasına qərar verib.

Matçın təxirə salınmasına baxmayaraq, "Kolo Kolo" ölkə çempionu olub. "Universidad Katolika" və "Audaks İtalyano" komandalarının görüşündə ikincilər qələbə qazandığı üçün "Kolo Kolo" lider olaraq qalıb və 33 xalla çempionluğu bayram edib.

Son xəbərlər

Orphus sistemi