Dario Frederiko: "Neftçi" "Qarabağ"ı ötəcək gücdədir" - MÜSAHİBƏ

Dario Frederiko: "Neftçi" "Qarabağ"ı ötəcək gücdədir" - MÜSAHİBƏ Çətin səfər oyunu idi. Buna yaxşı hazırlaşmışdıq. Gözəl oyun nümayiş etdirdik. İstədiyimiz qolları vaxtında vuraraq, vacib qələbə qazandıq. Bu qalibiyyət sayəsində liderlə aradakı xal fərqini 6-ya endirdik. Sona qədər çempionluq uğrunda mübarizə aparacağıq.
Futbol
8 Dekabr , 2019 20:09
Dario Frederiko: Neftçi Qarabağı ötəcək gücdədir - MÜSAHİBƏ

"Çətin səfər oyunu idi. Buna yaxşı hazırlaşmışdıq. Gözəl oyun nümayiş etdirdik. İstədiyimiz qolları vaxtında vuraraq, vacib qələbə qazandıq. Bu qalibiyyət sayəsində liderlə aradakı xal fərqini 6-ya endirdik. Sona qədər çempionluq uğrunda mübarizə aparacağıq".

"Report"un məlumatına görə, bunları "Neftçi"nin yarımmüdafiəçisi Dario Frederiko Premyer Liqanın XIV turunda "Sabah"ı səfərdə 2:0 hesablı ilə üstələdikləri oyundan sonra deyib.

Baziliyalı vinger digər sualları da cavablandırıb.

- "Neftçi" "Qarabağ"ı turnir cədvəlində ötəcək gücdədirmi?

- Əlbəttə. Kifayət qədər potensiala malik komandayıq. Kollektivdə güclü rəqabət var və bu, özümüzü daha yaxşı göstərməyimizə kömək edir. Ötən il indiki vaxtda "Qarabağ"dan 5 xal öndə idik. Qış fasiləsindən sonra onlar bu fərqi aradan qaldıraraq çempion oldu. Biz də bunu bacara bilərik. Sona qədər mübarizə aparacağıq.

- Yayda "Neftçi"yə qayıtdıqdan sonra komandanın liderlərindən olacağınızı düşünürdük, ancaq indi ehtiyatda qalırsınız.

- Deməzdim ki, komandama xeyrim dəymir. Bəzi matçlarda istəsən belə, oyunun yaxşı alınmaya bilər. Çalışıram komandanın qələbələrində payım olsun. Mənim üçün əsas komandamın müsbət nəticə qazanmasıdı.

- Ötən qış gözlənilmədən "Neftçi"ni tərk etdiniz. Hazırda da ehtiyatda qalırsınız. Eyni hadisə təkrarlana bilərmi?

- Futbol dinamik oyundur. Dünyanın hər yerində maddi cəhətdən sərfəli təklif olanda futbolçu bunu dəyərləndirməyə çalışır. Ötən il belə bir şey oldu, mən də dəyərləndirdim.

- Mövsümün bu ərəfələrində əcnəbi futbolçular artıq qış fasiləsini düşünürlər. Bu amil ölkə kubokunun 1/4 final matçlarına köklənmə baxımından sizə problem yaratmaz?

- Bu elə məsələdir ki, hərə özünə cavabdeh ola bilər. Düşünürəm ki, biz peşəkar klubun futbolçularıyıq, son oyuna qədər mübarizə aparmalıyıq. Kubokda yarımfinala adlayandan sonra istirahət barədə düşünə bilərik.

Son xəbərlər

Orphus sistemi