Yuxarı
    Bağlamaq

    Danimarka səfiri: "Oyunu ilə heyran edən "Qarabağ"ın daha da irəli getməsinə azarkeşlik edəcəyəm"

    Kopenhagen ilə oyun çox dramatik alındı

    Bakı. 24 avqust. REPORT.AZ/ Danimarkanın Türkiyə və Azərbaycandakı səfiri Svend Ollinq UEFA Çempionlar Liqasının play-off mərhələsi çərçivəsində Danimarkada "Kopenhagen" və "Qarabağ" arasında dünən keçirilmiş matçı "Report"a şərh edib.

    Səfir "Report"a açıqlamasında bildirib ki, matç çox dramatik alınıb.

    "Qarabağ"ın güclü müdafiə xətti rəqibə 3-cü qolu vurmağa imkan vermədi və oyun "Kopenhagen"in 2:1 hesablı qələbəsi ilə başa çatdı. Amma bu hesab "Qarabağ"ın növbəti mərhələyə yüksəlməsinə imkan verdi. "Kopenhagen" favorit komandalarımdan biridir və Çempionlar Liqasında mübarizəni dayandırmasına təəssüf edirəm. Amma Azərbaycandan olan komandanın uğur qazanması ilə sakitlik tapıram. Oyunu ilə heyran edən "Qarabağ"ın daha da irəli getməsinə azarkeşlik edəcəyəm. Uğurlar!", - səfir deyib.

    Xatırladaq ki, "Qarabağ" Bakıda 1:0 hesabı ilə yendiyi "Kopenhagen"ə Danimarkada 1:2 hesabı ilə uduzsa da, səfər qolu sayəsində mərhələ adlayıb və Çempionlar Liqasının qrup mərhələsində iştirak edəcək ilk Azərbaycan komandası olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi