Danimarka millisinin keçmiş futbolçusu Bakıya gəlib

Danimarka millisinin keçmiş futbolçusu Bakıya gəlib Stiq Töftinq "Qarabağ" - "Kopenhagen" matçını şərh edəcək
Futbol
14 Avqust , 2017 18:13
Danimarka millisinin keçmiş futbolçusu Bakıya gəlib

Bakı. 14 avqust. REPORT.AZ/ Danimarka milli komandasının sabiq futbolçusu Stiq Töftinq Bakıya gəlib. "Report"un məlumatına görə, bu gün 48 yaşı tamamlanan mütəxəssis "Qarabağ"ın avqustun 15-də "Kopenhagen"lə keçirəcəyi Çempionlar Liqasının ilk "pley-off" matçı üçün akkreditasiyadan keçib. 

O, hazırda Danimarkanın "Ekstra Bladet" telekanalında şərhçi kimi çalışır. 

Qeyd edək ki, Stiq Töftinq karyerası ərzində Almaniyanın "Hamburq", "Duysburq", İngiltərənin "Bolton" kimi tanınmış klublarında, eləcə də 1993 - 2002-ci illərdə Danimarka millisində forma geyinib.

Son xəbərlər

Orphus sistemi