Yuxarı

Danimarka DÇ-2018 üçün yekun heyətini açıqlayıb - SİYAHI

Danimarka DÇ-2018 üçün yekun heyətini açıqlayıb - SİYAHI
Nikolas Bendtner heyətə daxil edilməyib

Bakı. 3 iyun. REPORT.AZ/ Futbol üzrə Danimarka yığması Dünya çempionatı- 2018-ə yollanacaq komandanın yekun heyətini açıqlayıb. 23 oyunçudan ibarət heyətə "Rusenborq"un mayda Norveç çempionatında zədə almış hücumçusu Niklas Bendtner düşməyib.

“Report” xəbər verir ki, bu barədə Danimarka Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Danimarka millisinin tam heyəti aşağıdakı şəkildədir:

Qapıçılar: Rennov ("Brondbü"), Lossl ("Haddersfild Taun"), K. Şmeyhel ("Lester Siti");

Müdafiəçilər: Kristensen ("Çelsi"), Dalsqor ("Brentford"), Vesterqor ("Borussiya" M), Yens Larsen ("Udineze"), Knudsen ("İpsviç Taun"), Matias Yorqensen ("Haddersfild Taun"), Kyer ("Sevilya");

Yarımmüdafiəçi: Eriksen ("Tottenhem Hotspur"), Şone ("Ayaks"), Leraqer ("Bordo"), Kron-Deli ("Deportivo"), Deleyni ("Verder"), Kvist ("Kopenhagen");

Hücumçu: Kornelius ("Atalanta"), Dolberq ("Ayaks"), Braytvayt ("Bordo"), Nikolay Yorgensen ("Feyenoord"), Sisto ("Selta"), Fişer ("Kopenhagen"), Yusuf Poulsen ("RB Leypsiq").

Danimarka DÇ-2018-in qrup mərhələsində Fransa, Peru və Avstraliya ilə mübarizə aparacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi