Dani Kintana: "Qəbələ"nin xal itiməsi bizim üçün əlavə motivasiya oldu"

Dani Kintana: "Qəbələ"nin xal itiməsi bizim üçün əlavə motivasiya oldu" "Qarabağ”ın ispaniyalı yarımmüdafiəçisi Dani Kintana jurnalistlərin suallarını cavablandırıb
Futbol
21 Noyabr , 2015 22:15
Dani Kintana: Qəbələnin xal itiməsi bizim üçün əlavə motivasiya oldu

Bakı. 21 noyabr. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının XIII turuna start verilib. "Report"un məlumatına görə, "Qarabağ" və "Kəpəz" komandaları üz-üzə gəliblər.

"Report"un məlumatına görə, Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda keçirilən oyunla bağlı fikirlərini bölüşən "Qarabağ”ın ispaniyalı yarımmüdafiəçisi Dani Kintana bildirib ki, Liqaya ara verdikdən sonra yenidən oyunlara başlamaq komanda üçün çətin olub.

"Bilirdik ki, "Kəpəz"lə qarşılaşma çətin keçəcək. Günün digər oyununda "Qəbələ"nin "Sumqayıt"la 2:2 bərabərə qaldığını da bilirdik. Əsas rəqibimizin xal itiməsi bizim üçün əlavə motivasiya qaynağı oldu", - deyən Kintana, bu səbəbdən "Kəpəz"lə oyunda qalibiyyətinin olduqca önəmli olduğunu qeyd edib.

""Qəbələ" ilə aranı açmaq istəyirik. Biz, ümumiyyətlə elə oynayırıq ki, hər oyundan qalibiyyətlə ayrılaq", - deyə Kintana vurğulayıb.

Son xəbərlər

Orphus sistemi