Dani Kintana: "Neftçi" çempionatın sonunadək bizimlə mübarizə aparacaq"

Dani Kintana: "Neftçi" çempionatın sonunadək bizimlə mübarizə aparacaq" Çətin oyun oldu, rəqib yaxşı oyun nümayiş etdirdi. Bəlli bir səbəb var ki, ikinci pillədədirlər. Öz güclərinə görə bu yerə layiqdirlər. Bazar ertəsi də oynadığımızdan, yorğunluğumuz var idi. Düzdür, onların da 2-3 gün əvvəl oyunu olmuşdu. Amma fərqli heyətlə çıxmışdılar. İstənilən halda, bizdə yorğunluq hiss olunurdu. Baxmayaraq ki, xal itirdik, pozitiv düşünmək, irəli baxmaq lazımdır.
Futbol
7 Dekabr , 2019 00:10
Dani Kintana: Neftçi çempionatın sonunadək bizimlə mübarizə aparacaq

"Çətin oyun oldu, rəqib yaxşı oyun nümayiş etdirdi. Bəlli bir səbəb var ki, ikinci pillədədirlər. Öz güclərinə görə bu yerə layiqdirlər. Bazar ertəsi də oynadığımızdan, yorğunluğumuz var idi. Düzdür, onların da 2-3 gün əvvəl oyunu olmuşdu. Amma fərqli heyətlə çıxmışdılar. İstənilən halda, bizdə yorğunluq hiss olunurdu. Baxmayaraq ki, xal itirdik, pozitiv düşünmək, irəli baxmaq lazımdır".

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Dani Kintana evdə "Keşlə" ilə 2:2 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XIV tur matçından sonra jurnalistlərə açıqlamasında deyib. İspaniyalı yarımmüdafiəçi digər sualları da cavablandırıb...

- Qarşıda "Keşlə"ilə 2 kubok oyununuz da var. Qısa zaman kəsiyində eyni komanda ilə ardıcıl 3 dəfə qarşılaşmaq problem yarada bilərmi?

- Açığı, ardıcıl olaraq qısa vaxt ərzində eyni komanda ilə oynamaq şəxsən mənim xoşuma gəlmir. Amma o da var ki, bir-birimizi daha yaxşı tanıyacağıq.

- Meydanda görünən odur ki, yorğunluqdan əlavə, "Qarabağ" həm də psixoloji gərginliyi öz üzərindən ata bilmir...

- Əvvəlcə onu deyim ki, həmişə neqativ suallar verirsiniz. Həddən artıq çoxlu oyun keçirmişik. Yorğun olmağımız normaldır. Amma psixoloji cəhətdən komandamız pis təsir bağışlamır. Fərqli-fərqli yarışlardır. Birindən çıxıb, o birinə köklənmək çətindir. Azərbaycanın yeganə komandasıyıq ki, yarım ilə istənilən komandanın bir mövsümdə keçirdiyi görüşlərdən daha çox oyuna çıxmışıq. Nəzərə alaq ki, iyulun əvvəlindən oynamağa başlamışıq. Təxminən 28 matçdır. Ötən ilin bu vaxtı liderdən 3 xal geridə idik. İndi isə 6 xaldan çox fərqlə birinci pillədəyik. Hərdən pozitiv məqamları da görmək lazımdır. Amma psixoloji cəhətdən komandada problem görmürəm.

- Necə düşünürsünüz: "Qarabağ" Lüksemburq "Düdelanj"ını yenə məğlub edə biləcəkmi?

- Təbii ki, qalib gələ bilərik. Üstəlik, evdə oynayacağıq. Azarkeşlər qələbəyə layiqdirlər. Hər oyunda gəlib, dəstəkləyirlər. Ən azı 1 ev oyununda onlara qələbə sevinci bəxş etmək istəyirik.

- Ən yaxın izləyiciləriniz "Neftçi" və "Keşlə"dir. "Qarabağ" son oyunlarında cəmi 1 qələbə qazanıb. Amma yenə rəqibləri "Qarabağ'a yaxınlaşa bilmir. Səmimi cavab verin, həmin komandalar sizinlə çempionluq uğrunda mübarizə aparmaq gücündədirlər?

- Dediyiniz xal fərqini mövsümə çox uğurlu başlamağımızla əlaqələndirərdim. İlk 7 oyunun hamısını qələbə ilə bitirmişdik. Yəni, bilirəm ki, "Neftçi" çempionatın sonuna qədər bizimlə mübarizə aparacaq. "Keşlə" də bu gün yaxşı mənada məni çox təəccübləndirdi.

- Birinci hissənin sonlarında bir epizod oldu. Həmin vaxt sanki referidən penalti gözləyirdiniz...

- Mən epizodun təkrarına baxmamışam. Amma düşünürəm ki, mənə toxundu və penalti var idi. 

Son xəbərlər

Orphus sistemi