Dani Kintana: "Birinci çempionluq ilə sonuncunun gətirdiyi sevinc eyni deyil"

Dani Kintana: "Birinci çempionluq ilə sonuncunun gətirdiyi sevinc eyni deyil" "Əsas məqsəd avrokuboklarda iştirak etməkdir"
Futbol
23 Aprel , 2018 02:17
Dani Kintana: Birinci çempionluq ilə sonuncunun gətirdiyi sevinc eyni deyil

Bakı. 23 aprel. REPORT.AZ/ “Qarabağ”ın futbolçusu Dani Kintana Azərbaycan Premyer Liqasının XXIV turunda “Sumqayıt” üzərində 1:0 hesablı qələbədən sonra jurnalistlərin suallarını cavablandırıb.

“Report” xəbər verir ki, qarşılaşmada vurulmuş yeganə qolun müəllifi olan ispaniyalı yarımmüdafiəçi əvvəlcə Ağdam təmsilçisinin çempionluğu rəsmiləşdirməsi ilə bağlı fikirlərini bölüşüb.

- Qalib gəlməsək də, çempion olmaq şansımız var idi. Lakin oyunu layiqli, qələbə çalaraq bitirmək istəyirdik. Sumqayıt səfəri istənilən rəqib üçün çətindir. Buna rəğmən, qalib gəldik. Ardıcıl 5-ci dəfə çempion olduq. Buna layiq olduğumuzu düşünürəm.

“Qarabağ”ın heyətində ardıcıl 3-cü çempionluğunuzu qazandınız. Bu mövsüm digərlərindən nə ilə fərqləndi?

- Çempionluq bir həvəs, istəkdir. Hərəsinin mənim üçün ayrı yeri var. “Qarabağ”ın məqsədləri başqadır. Həmişə Avropada yüksək səviyyədə çıxış etməyi hədəfləyən bir klubdur. Bu dəfə də istisna deyil. Məqsədimiz komandanı avrokuboklarda ən yüksək səviyyədə təmsil etməkdir.

Sizi növbəti mövsümdə də “Qarabağ”da görə biləcəyik?

- Hələ tam bəlli olmasa da, danışıqlarımız davam edir. Qısa müddətdə hər şey bəlli olacaq.

Çempionluğu erkən rəsmiləşdirdiyiniz üçün özünüzü “Bavariya” və PSJ kimi hiss edirsiniz? Çempionluq sevinci üzünüzdən hiss olunmur...

- Təbii ki, birinci çempionluq ilə sonuncunun gətirdiyi sevinc eyni deyil. Əsas məqsəd avrokuboklarda iştirak etməkdir. Nəticə etibarı ilə qələbə sevinci hır zaman xoşdur.

Son xəbərlər

Orphus sistemi