Dani Alves futbol tarixinin ən titullu oyunçusu olub

Dani Alves futbol tarixinin ən titullu oyunçusu olub O, PSJ ilə karyerasının 37-ci tutilunu qazanıb
Futbol
2 Aprel , 2018 01:58
Dani Alves futbol tarixinin ən titullu oyunçusu olub

Bakı. 2 aprel. REPORT.AZ/ PSJ klubu və Braziliya yığma komandasının sağ müdafiəçisi Dani Alves Fransa Liqa Kubokunun qalibi olduqdan sonra futbol tarixinin ən titullu oyunçusu adına yiyələnib.

“Report” xəbər verir ki, Dani Alvesin aktivində karyerası ərzində 37 mükafat (Braziliyada regionl turnirdə qazanılan mükafatla yanaşı) var.

O, bu göstəriciyə görə hesabında müxtəlif turnirlərdə 36 qələbə olan Maksveli arxada qoyub.

PSJ Fransa Liqa Kubokunun finalında "Monako" üzərində inamlı qələbə (3:0) qazanıb.

Son xəbərlər

Orphus sistemi