"Dandolk"un baş məşqçisi: "Qarabağ"ın oyunlarını izləmişik"

"Dandolk"un baş məşqçisi: "Qarabağ"ın oyunlarını izləmişik" “Qarabağ”ın avrokuboklarda qrup mərhələsinin daimi iştirakçısı olması bizə oyuna köklənməkdə kömək ola bilər. Bu, bir qədər fərqli matçlar olacaq”.
Futbol
18 İyul , 2019 15:29
Dandolkun baş məşqçisi: Qarabağın oyunlarını izləmişik

“Qarabağ”ın avrokuboklarda qrup mərhələsinin daimi iştirakçısı olması bizə oyuna köklənməkdə kömək ola bilər. Bu, bir qədər fərqli matçlar olacaq”.

“Report” “İrish Mirror”a istinadən xəbər verir ki, bu fikirləri “Qarabağ”ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi İrlandiya “Dandolk”unun baş məşqçisi Vinni Pert II raunda Latviyanın “Riqa” kollektivini mübarizədən kənarlaşdırdığı oyundan sonra deyib.

“Riqa” ilə hər iki matçın əsas və əlavə vaxtında qolsuz bərabərlik qeydə alındığı üçün rəqibini penalti seriyasında 5:4 hesabı ilə məğlub edən “Dandolk”un baş məşqçisinin sözlərinə görə, köməkçisi Qarabağ“ın Albaniya “Partizani”sini Bakıda 2 cavabsız qolla məğlub etdiyi görüşü tribunadan izləyib: “Stiven O`Donnel orada idi. Həmçinin rəqibin son 2 oyununun videosuna baxmışıq. İrəli gedə bilsək, çox yaxşı imkanımız olacaq. Alınmasa, mübarizəni Avropa Liqasında davam etdirəcəyik. Özümüzə şans vermişik. Sübut etməli olduğumuz çox şey var. Layiq olduğumuz mövqeyə yavaş, amma düzgün getməyimiz bizi ilhamlandırır. Özümüzü 2016-cı ildəki komanda ilə müqayisə etmək istəmirəm. Bizim bir qədər fərqli heyətimiz var”.

Pertin sözlərinə görə, “Riqa” ilə matçdan sonra “Sky Sports”un sabiq müxbiri Endi Bartonun təşəbbüsü ilə Joze Mourinyo ilə onun arasında telefon danışığı olub. Baş məşqçi buna görə həyəcanlandığını, portuqaliyalı mütəxəssisin onun komandasına uğurlar arzuladığını deyib.

Qeyd edək ki, “Qarabağ” “Dandolk”la iyulun 24-də səfərdə, 31-də isə evdə qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi