Dan Petresku Dino Ndlovunun rumın klubuna keçəcəyi ilə bağlı məsələyə aydınlıq gətirib

Dan Petresku Dino Ndlovunun rumın klubuna keçəcəyi ilə bağlı məsələyə aydınlıq gətirib “D.Ndlovunun klubumuza transferi ilə bağlı məlumatsızam”
Futbol
2 Dekabr , 2017 04:28
Dan Petresku Dino Ndlovunun rumın klubuna keçəcəyi ilə bağlı məsələyə aydınlıq gətirib
Report

Buxarest. 2 dekabr. REPORT.AZ/ “Qarabağ”ın hücumçusu Dino Ndlovunun klubumuza keçidiylə bağlı məlumatım yoxdur".

Bunu Rumıniya çempionatının 20-ci turu çərçivəsində "Voluntari" klubu ilə qarşılaşmadan sonra keçirdiyi mətbuat konfransında ÇFR klubunun baş məşqçisi Dan Petresku “Report”un Şərqi Avropa bürosunun sualını cavablandırarkən deyib.

"Son günlər istər Azərbaycan, istərsə də Rumıniya KİV-i Afrika mətbuatına istinadən yazır ki, Kluj şəhər təmsilçiləri D.Ndlovunu "qış transfer pəncərəsi" dövründə heyətinə qatmaq və onun xidmətindən yararlanmaqda maraqlıdır. Bu nə dərəcədə doğrudur?” sualına “dəmiryolçular”ın baş məşqçisi belə cavab verib:

“D.Ndlovunun klubumuza transferi ilə bağlı məlumatsızam və təəssüf ki, bu məsələ ilə bağlı hər hansı bir açıqlama verə bilməyəcəyəm”.

ÇFR klubu Rumıniya I liqasında 20 turdan sonra 46 xalla turnir cədvəlinə başçılıq edir.

Son xəbərlər

Orphus sistemi