Daha bir MDB ölkəsində futbol mövsümü başladı

Daha bir MDB ölkəsində futbol mövsümü başladı Tacikistanda yeni futbol mövsümünə start verilib.
Futbol
4 Aprel , 2020 20:44
Daha bir MDB ölkəsində futbol mövsümü başladı

Tacikistanda yeni futbol mövsümünə start verilib.

"Report"un məlumatına görə, ölkə Super kuboku uğrunda oyunda "İstiklol" və "Xocənd" komandaları üz-üzə gəlib. 

Düşənbədəki "Pamir" stadionunda keçirilmiş matç "İstiklol"un qələbəsi ilə yekunlaşıb - 2:1. 

Qeyd edək ki, Tacikistanda indiyə qədər koronavirusa yoluxma faktı qeydə alınmayıb. Buna baxmayaraq, Superkubok matçı təhlükəsizlik səbəbindən boş tribunalar önündə keçirilib.

Hazırda Avropada çempionatı davam edən yeganə ölkə digər MDB dövləti Belarusdur.

Son xəbərlər

Orphus sistemi