Daha bir baş məşqçi Rusiyanın “Ararat” komandasını tərk edib

Daha bir baş məşqçi Rusiyanın “Ararat” komandasını tərk edib Sergey Bulatovun ardınca Aleksandr Qriqoryan da istefa verib
Futbol
26 Oktyabr , 2017 15:40
Daha bir baş məşqçi Rusiyanın “Ararat” komandasını tərk edib

Bakı. 26 oktyabr. REPORT.AZ/ Rusiyanın “Ararat” futbol komandasında cari mövsümdə ikinci dəfə baş məşqçi istefası gerçəkləşib. “Report” Moskva təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Aleksandr Qriqoryan öz istəyi ilə postunu tərk edib.

50 yaşlı mütəxəssis bu addımı inkişaf etmək və irəli getmək üçün atdığını söyləyib. 

Qeyd edək ki, Aleksandr Qriqoryan “Ararat”ın baş məşqçi postunda iyunun 30-da ailə vəziyyəti ilə əlaqədar istefa verən Sergey Bulatovu əvəzləmişdi. Qriqoryan "Anji"ni tərk etdikdən sonra bu vəzifəyə təyin olunmuşdu. II Liqanın Mərkəz zonasında çıxış edən Moskva klubu hazırda 14 oyundan 38 xal toplamaqla turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi