"Yuventus" - "İnter" oyunu koronavirusa görə təxirə salındı

"Yuventus" - "İnter" oyunu koronavirusa görə təxirə salındı İtaliya A Seriyasının XXVI turunun bu həftəsonu keçirilməli olan 5 oyunu ləğv olunub.
Futbol
29 Fevral , 2020 15:49
Yuventus - İnter oyunu koronavirusa görə təxirə salındı

İtaliya A Seriyasının XXVI turunun bu həftəsonu keçirilməli olan 5 oyunu ləğv olunub.

"Report" çempionatın rəsmi saytına istinadən xəbər verir ki, "Yuventus" - "İnter", "Udineze" - "Fiorentina", "Milan" - "Cenoa", "Parma" - SPAL və "Sassuolo" - "Breşiya" matçları koronavirus epidemiyasına görə təxirə salınıb. Qarşılaşmalar mayın 13-də baş tutacaq.

Bu oyunların əvvəlcə azarkeşsiz keçirilməsi planlaşdırılsa da, sonradan A Seriyasının rəhbərliyi qərarını dəyişib.

Qeyd edək ki, bundan əvvəl XXV turun "Verona" - "Kalyari", "Atalanta" - "Sassuolo" və "İnter" - "Sampdoriya" görüşləri də eyni səbəbdən təxirə salınıb.

Son xəbərlər

Orphus sistemi