Yuxarı

Daha 4 ölkə AVRO-2020-yə vəsiqə qazanıb

Daha 4 ölkə AVRO-2020-yə vəsiqə qazanıb

2020-ci il Avropa çempionatının seçmə mərhələsində IX tura yekun vurulub.

"Report"un məlumatına görə, turun üçüncü oyun günündə 4 qrupda 10 qarşılaşma keçirilib.

E qrupunda Azərbaycan yığması Uelsi, Xorvatiya Slovakiyanı qəbul edib. Uels Bakıda qələbə qazanaraq, mərhələ şansını qoruyub. Xorvatiya isə final mərhələsinə inamlı qələbə sayəsində yüksəlib.

C qrupunda Almaniya Belarusu darmadağın edərək, adını AVRO-2020-yə yazdırıb. Niderland isə Şimali İrlandiya ilə səfər heç-heçəsi sayəsində bu hüququ əldə edib.

G qrupunda mərhələni öncədən təmin etmiş Polşa səfərdə İsraili məğlubiyyətə uğradıb. Avstriya isə evdə Şimali Makedoniyaya eyni hesabla qalib gələrək, qrupdan AVRO-2020-yə növbəti vəsiqənin sahibi olub. Qrupun daha bir görüşündə hələ nəzəri şanslarını qoruyan Sloveniya xalı olmayan Latviyanı yenərək, 3-cü pillədə qərarlaşıb.

I qrupunda AVRO-2020-yə vəsiqə qazanmış Rusiya və Belçika ilk pillə uğrunda savaşıb. "Qırmızı şeytanlar" 4:1 hesabı ilə qalib gələrək, itkisiz liderliyini davam etdirib. Hələ xalı olmayan San-Marino Qazaxıstana da uduzub, amma hər halda qrupda ilk qolunu vurub. Şotlandiya isə səfərdə Kipri yenib.

AVRO-2020

Seçmə mərhələ, IX tur

16 noyabr

C qrupu

23:45. Almaniya - Belarus - 4:0

23:45. Şimali İrlandiya - Niderland - 0:0

Xal durumu: Almaniya - 18 xal (7 oyuna), Hollandiya - 16 (7), Şimali İrlandiya - 13 (7), Belarus - 4 (8), Estoniya - 1 (7).

E qrupu

21:00. Azərbaycan - Uels - 0:2

23:45. Xorvatiya - Slovakiya - 3:1

Xal durumu: Xorvatiya - 17 xal (8 oyuna), Macarıstan - 12 (7), Uels - 11 (7), Slovakiya - 10 (7), Azərbaycan - 1 (7).

G qrupu

21:00. Sloveniya - Latviya - 1:0

23:45. Avstriya - Şimali Makedoniya - 2:1

23:45. İsrail - Polşa - 1:2

Xal durumu: Polşa - 22 xal (9 oyuna), Avstriya - 19 (9), Sloveniya - 14 (9), Şimali Makedoniya - 11 (9), İsrail - 11 (9), Latviya - 0 (9).

I qrupu

18:00. Kipr - Şotlandiya - 1:2

21:00. Rusiya - Belçika - 1:4

21:00. San Marino - Qazaxıstan - 1:3

Xal durumu: Belçika - 27 xal (9 oyuna), Rusiya - 24 (9), Şotlandiya - 12 (9), Kipr - 10 (9), Qazaxıstan - 10 (9), San Marino - 0 (9).

Qeyd edək ki, bunadək 12 yığma - İngiltərə, Çexiya, Ukrayna, Türkiyə, Fransa, Belçika, İtaliya, Polşa, Rusiya, İspaniya, İsveç və Finlandiya AVRO-2020-yə yüksəlmişdi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi