Yuxarı
    Bağlamaq

    ​"Daçiya"nın prezidenti: "Kəpəz"ə uğur arzu edə bilmərəm"

    Mənim yaxşı komandam var və cavab görüşündə bunu sübut edəcəm

    Bakı. 29 iyun. REPORT.AZ/ Moldovanın "Daçiya" klubunun prezidenti Adlan Şişxanov "Kəpəz"lə (0:0) oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. "Report" klub prezidentinin fikirlərini təqdim edir:

    - Oyun haqda nə deyə bilərsiniz?

    - Tam əzmkar oyun göstərdik. Belə oyunu gözləyirdik. İlk oyunda səfərdə heç-heçə nə yaxşı, nə də pis nəticədir.

    - Baş məşqçi Oleq Bejenar bildirib ki, klub prezidenti heç-heçəni qəbul etmir. İndi isə heç-hçənin yaxşı nəticə olduğunu deyirsiniz...

    - Mən demişəm ki, biz hər oyunda da qələbəyə oynayırıq. Bu gün səfər heç-heçəsi oldu. Bütün gücünü açıq-aşkar bu oyuna qoyan komandaya qaşrı çıxış etdik. Rəqib komanda futbol üçün darıxmışdı. Rəqibi evimizdə gözləyirik. "Kəpəz"ə çempionatda uğurlar arzu edirik, amma cavab görüşündə uğur arzulaya bilmərəm.

    - Siz klub prezidentisiniz, yoxsa baş məşqçi?

    - Bunu məndən niyə soruşursunuz? Çünki mən belə oynayıram. Mənim komandam texniki zonada olduğum vaxt daha yaxşı çıxış edir. Meydana çıxmaq lazım gəlsə belə, bunu edərəm.

    - Bu baş məşqçiyə hörmətsizlik deyil?

    - Biz özümüzü kifayət qədər normal münasibətdə hiss edirik, söyüşmürük.

    - Əvəzetmələri də özünüz edirsiniz?

    - Siz məndən futbol barədə soruşursunuz? Mənim yaxşı komandam var və cavab görüşündə bunu sübut edəcəm.

    - Cavab görüşündə qələbə qazanacağınıza nə dərəcədə əminsiniz?

    - Bir daha deyirəm. Komanda uğur müddət avrokuboklarda oynamadıqdan sonra ora düşərək evdə çıxış edirsə, rəqibdən fərqli olaraq biz hər il avrokuboklarda oynayırıq. Biz çox klubu məğlub etmişik. Onların arasında həm Rusiya, həm də Ukraynanın güclülər dəstəsinin təmsilçiləri olub. Gözəl anlayıram ki, bu gün "Kəpəz" öz imkanlarından artığını etdi. Cavab görüşü evimizdə olacaq. Gəlin həmin oyunu da keçək, sonra danışaq.

    - Bu gün ötən mövsüm çıxış etməyən 5 futbolçunu start heyətində meydana buraxmışdınız. Bu nə ilə əlaqədardır?

    - Hesab edirdik ki, bu bizə uğur gətirəcək. 28 oyunda eyni heyət oynamıyıb. Udub-uduzmağımız vacib deyil.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi