ÇSKA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı

ÇSKA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı ÇSKA-nın növbəti rəqibinin adı cümə günü Nyon şəhərində açıqlanacaq
Futbol
27 Avqust , 2015 01:53
ÇSKA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı

Bakı. 27 avqust. REPORT.AZ/ Çempionlar Liqasında pley-off mərhələsinin cavab qarşılaşmaları baş tutub.

"Report" TASS agentliyinə istinadən xəbər verir ki, Moskovanın "Ximki" stadionunda Lissabonun "Sportinq" klubunu qəbul edən Rusiyanın ÇSKA klubu 3:1 hesablı qələbəyə imza atıb. Xatırladaq ki, ilk oyun "Sportinq"-ın qələbəsi ilə yekunlaşmışdı - 2:1.

Beləliklə, Rusiya təmsilçisi Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmış oldu. Portuqaliyalılar isə Avropa Liqasında mübarizə etməli olacaq.

Hər iki komandanın rəqibləri cümə günü Nyon şəhərində məlum olacaq.

Son xəbərlər

Orphus sistemi