Yuxarı

​Cristiano Ronaldonun şərəfinə heykəl ucadılıb

Heykəlin hündürlüyü 3,4 metrdir

Bakı. 22 dekabr.REPORT.AZ/ Real Madrid klubunun hücumçusu Cristiano Ronaldo dekabrın 21-də Portuqaliyanın Madeira adasındakı Funchal şəhərciyinə gedib. Ronaldo onun şərəfinə qoyulan heykəlin açılışında iştirak edib.

"Report" Azadlıq Radiosu-na istinadən xəbər verir ki, Ronaldonun sözlərinə görə, şərəfinə heykəl qoyulması onun üçün çox əlamətdar hadisədir.

Heykəlin hündürlüyü 3,4 metrdir. Bu heykəl Ronaldonun buradakı şəxsi muzeyinin tərkib hissəsidir.

Ronaldo iki dəfə dünyanın ən yaxşı futbolçusu kimi Qızıl Top alıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi