Bakı. 18 mart. REPORT.AZ/ İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kriştianu Ronaldunun gələcək planı müəyyənləşib. "Report"un "Sport İllustrated"ə istinadən verdiyi məlumata görə, portuqaliyalı ulduz karyerasını ABŞ-da davam etdirəcək.
Nəşr yarımmüdafiəçinin 2018-ci ildə MLS-də forma geyinəcəyini bildirib. 30 yaşlı futbolçu Rusiyada keçiriləcək dünya çempionatından dərhal sonra hərəkətə keçəcək. Okeanın o tayına üz tutacağı vaxt onun 33 yaşı olacaq.
Qeyd edək ki, buna qədər Devid Bekhem, Frenk Lempard və Stiven Cerrard da karyerasının son illərini MLS-də keçirməyə qərar verib.