Yuxarı
    Bağlamaq

    Coşqun Diniyev: "Futbolçular çalışır ki, baş məşqçinin gözünə girsinlər" - MÜSAHİBƏ

    Azərbaycan yığmasının üzvü Reportun suallarını cavablandrıb

    Antalya. 23 Fevral. REPORT.AZ/ Azərbaycan yığmasının üzvü Coşqun Diniyev "Report"un Antalyaya ezam olunmuş əməkdaşının suallarını cavablandrıb.

    - Millidə ilk toplanışınız barədə hansı fikirdəsiniz?

    - Artıq 3 gündür birgəyik. Millidə təlim-məşq toplanışı istədiyimiz səviyyədə keçir. Yeni baş məşqçinin rəhbərliyi altında ilk toplanış olduğundan və heyətə yeni oyunçular cəlb edildiklərindən, komandada əlavə ruh yüksəkliyi hiss olunur. Bütün futbolçular öz üzərlərində daha çox çalışırlar ki, yeni baş məşqçinin, belə demək mümkünsə, gözünə girsinlər. Yəni, əsas heyətə düşmək uğrunda mübarizə gedir. Belə məşqlərlə komandamızın Malta ilə oyuna hazır olacağını düşünürəm.

    - Robert Prosineçki məşq vaxtı tez-tez "Bravo, Coşqun!" deyirdi. Necə düşünürsünüz: Bununla baş məşqçi Sizə əlavə motivasiya verirdi, yoxsa, sadəcə, topla davranışınızı bəyənmişdi?

    - Meydanda məşqə kökləndiyimdən, bunları çox eşitmirdim. Bəlkə də gənc olduğumdan, mənə əlavə motivasiya verməyə çalışırdı. Bu da mənim üçün sevindirici bir haldır.

    - Əvvəllər millimiz müdafiədən oynayırdı. İndi isə Prosineçkidə daha çox hücumameylli oyun düşüncəsinin olduğunu gördük. Hazırkı komanda onun üslubunda oynamağa hazırdır?

    - Yeni baş məşqçi öz taktikası ilə birgə gəlib. Bu taktikanı da bizə öyrətməyə çalışır. Komandamız daha çox yeni, Prosineçkinin seçdiyi oyunçulardan ibarətdir. Komandamız baş məşqçinin verdiyi tapşırıqları yerinə yetirməyə hazırdır. Bunun da nəticəsini Malta ilə oyunda görəcəyik.

    - Qarşıda Ukrayna "Şaxtyor"u ilə yoldaşlıq görüşü var. Bu matç barədə nə düşünürsünüz?- "Şaxtyor" dünyada öz sözünü demiş klublardandır. Bu komanda ilə oynamaq bizim üçün əlavə üstünlük olacaq. "Şaxtyor"la qarşılaşma Malta ilə görüşdən öncə bizim üçün yoxlanış xarakterlidir. Prosineçkinin rəhbərliyi altında ilk toplanış çərçivəsində birinci oyunumuz olacaq. Bu bizim üçün özümüzü yoxlamaq baxımından əhəmiyyətlidir. "Şaxtyor"la qarşılaşma nəticə xarakterli deyil. Hazırda hansı vəziyyətdə olduğumuzu görmək istəyirik.

    - Elə isə tam səmimi deyərdiniz: Hazırda əsas heyətdə oynamağa özünüzü nə dərəcədə hazır sayırsınız?

    - Bunu mənim deməyim düzgün olmazdı. Ən azı ona görə ki, bu barədə qərarı baş məşqçi verir. Hazıramsa, meydana çıxacağam. Əlbəttə, əsas milliyə dəvət almışamsa, hər bir futbolçu kimi əsas heyətdə meydana çıxmağa hazıram.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi