CONCACAF: "Zirə"nin sabiq futbolçusu Salvadora qələbə qazandırıb

CONCACAF: "Zirə"nin sabiq futbolçusu Salvadora qələbə qazandırıb CONCACAF Qızıl Kubokunda qrup mərhələsinin birinci turunun ilk oyunları keçirilib.
Futbol
18 İyun , 2019 08:57
CONCACAF: Zirənin sabiq futbolçusu Salvadora qələbə qazandırıb

CONCACAF Qızıl Kubokunda qrup mərhələsinin birinci turunun ilk oyunları keçirilib.

"Report" xəbər verir ki, ilk turda C qrupunda mübarizə aparan Salvador millisi "Zirə"nin sabiq futbolçusu Nelson Bonilyanın vurduğu qol sayəsində Kürasao yığması üzərində minimal hesablı qələbə qazanıb.

Qrupun paralel keçən qarşılaşmasında Yamayka Hondurası 3:2 hesabı ilə məğlub edib.

CONCACAF Qızıl Kuboku. Qrup mərhələsi

C Qrupu. 1-ci tur

Kürasao — Salvador — 0:1

Qol: Bonilya, 45.

Yamayka — Honduras — 3:2

Qollar: Orgill, 15, 41. Kastilyo, 90. — Losano. Lou, 56.

Son xəbərlər

Orphus sistemi