CONCACAF 2017-ci ilin ən yaxşı futbolçusunun adını açıqlayıb

CONCACAF 2017-ci ilin ən yaxşı futbolçusunun adını açıqlayıb Səsvermə yığmaların baş məşqçiləri, kapitanları, KİV nümayəndələri və azarkeşlər arasında aparılıb
Futbol
18 Dekabr , 2017 13:50
CONCACAF 2017-ci ilin ən yaxşı futbolçusunun adını açıqlayıb

Bakı. 18 dekabr. REPORT.AZ/ Şimali, Mərkəzi Amerika və Karib hövzəsi ölkələri Futbol Konfederasiyası (CONCACAF) 2017-ci ilin ən yaxşı oyunçusunun adını açıqlayıb.

“Report” qurumun rəsmi saytına istinadən xəbər verir ki, bu ada Kosta-Rika yığmasının və İspaniyanın “Real Madrid” klubunun qapıçısı Keylor Navas layiq görülüb.

Səsvermə CONCACAF-a üzv olan yığmaların baş məşqçiləri, kapitanları, KİV nümayəndələri və azarkeşlər arasında aparılıb.

31 yaşlı qolkiper Kosta-Rika millisinin 2018-ci il dünya çempionatının final mərhələsinə vəsiqə qazanmasına kömək etməklə yanaşı, bir sıra titullara sahib çıxıb. O, il ərzində Çempionlar Liqası, klublararası dünya çempionatı, La Liqa, İspaniya Kuboku və UEFA Super Kubokunun qalibi olub.

Qeyd edək ki, Keylor Navas 2014-cü ilin yayında 10 milyon avro müqabilində “Levante”dən “Real Madrid”ə keçib. O, 2014-сü ildə də CONCACAF-ın ən yaxşı futbolçusu seçilib.

Son xəbərlər

Orphus sistemi