Con Delarj: "Uğurlu çıxışa Avropa Liqasında davam etməliyik"

Con Delarj: "Uğurlu çıxışa Avropa Liqasında davam etməliyik" Bakı. 27 avqust. REPORT.AZ/ Həqiqətən də yaxşı matç oldu. Əsl böyük oyun idi. Daha artığını bacara bilərdik. Düşünürəm ki, yaxşı oynadıq. Uğurlu çıxışa Avropa Liqasında davam etməliyik.
Futbol
27 Avqust , 2018 01:42
Con Delarj: Uğurlu çıxışa Avropa Liqasında davam etməliyik

Bakı. 27 avqust. REPORT.AZ/ "Həqiqətən də yaxşı matç oldu. Əsl böyük oyun idi. Daha artığını bacara bilərdik. Düşünürəm ki, yaxşı oynadıq. Uğurlu çıxışa Avropa Liqasında davam etməliyik".

"Report" xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Con Delarj evdə "Neftçi" ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının III tur matçından sonra deyib. Konqolu hücumçu keçirdiyi brifinqdə digər sualları da cavablandırıb...

Bu oyun Azərbaycan derbisidir. Son olaraq, "Bursaspor"da çıxış etmisən. Bu qarşılaşmanı Türkiyə derbiləri ilə müqayisə edə bilərsən?

- Müqayisələri sevmirəm. Derbi matçdır və əsas odur ki, oynadım.

90 dəqiqə oynamadın və əvəzləndin. Tam hazır deyilsən?

- Necə hazır olmamaq olar ki, 87 dəqiqə mübarizə apardım. 25 futbolçumuz var və məşqçi hamıya vəziyyətdən asılı olaraq, şans verir.

Avropa Liqasında "Şerif"lə cavab görüşü barədə nə düşünürsən?

- Həyati əhəmiyyətli matç olacaq. "Neftçi" ilə matçı unudub, Avropa Liqasına köklənməliyik. Qrup mərhələsinə düşmək üçün şanslardan istifadə etməliyik.

"Neftçi"ni artıq tanıdın. Bu komanda "Qarabağ"la birgə çempionluq uğrunda mübarizə apara bilər?

- Nəsə demək erkən olar. Hər komanda qələbə məqsədi ilə oyuna çıxır. İndidən danışmaq tezdir.

Son xəbərlər

Orphus sistemi