Yuxarı

CNN UEFA Avropa Liqasının Bakıda keçiriləcək finalı haqqında videoreportaj yayımlayıb

CNN UEFA Avropa Liqasının finalına süjet həsr edib

CNN UEFA Avropa Liqasının Bakıda keçiriləcək finalı haqqında videoreportaj yayımlayıb.

“Report” xəbər verir ki, reportajda "Çelsi"nin azərbaycanlı azarkeşi Ramil Cahangirov həmvətənlərinin futbola olan həvəsindən, habelə əfsanəvi azərbaycanlı hakim Tofiq Bəhramov və onun yüksək peşəkarlığı sayəsində 1966-cı ildə İngiltərənin ilk dəfə dünya çempionu olmasından danışıb.

Reportaj xüsusi olaraq CNN üçün Mariya İbrahimovanın rejisorluğu ilə “Cinex Productions” şirkəti tərəfindən hazırlanıb.

Qeyd edək ki, “Arsenal” mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək finalda İngiltərənin digər təmsilçisi “Çelsi” ilə qarşılaşacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi