ÇL: “Qarabağ” Bakıda "Şerif"in müqavimətini qıra bilməyib

ÇL: “Qarabağ” Bakıda "Şerif"in müqavimətini qıra bilməyib Görüş qolsuz heç-heçə ilə başa çatıb
Futbol
25 İyul , 2017 22:51
ÇL: “Qarabağ” Bakıda Şerifin müqavimətini qıra bilməyib

Bakı. 25 iyul. REPORT.AZ/ "Qarabağ” komandası Moldova "Şerif"i ilə futbol üzrə Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda üz-üzə gəlib.

"Report"un məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş qarşılaşma qolsuz yekunlaşıb - 0:0.

Ardıcıl dördüncü mövsüm qitənin ən nüfuzlu klub turnirində çıxış edən Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv əvvəlki illərdə məhz bu raundda mübarizəni dayandırıb və yoluna Avropa Liqasında davam edib. Bu baxımdan "Qarabağ”ın "Şerif”lə dueldə tilsimi qırmaq üçün Tofiq Bəhramov adına Respublika stadionunda baş tutmuş görüşdə müsbət nəticə əldə etməsi vacib idi. Lakin ərazi üstünlüyünə malik olmasına baxmayaraq, Azərbaycan çempionları rəqibin müqavimətini qıra bilməyiblər. Avqustun 1-də Tiraspolda keçiriləcək cavab görüşündə "Qarabağ" ən azı istənilən hesablı qollu heç-heçəyə nail olmalıdır.

Qeyd edək ki, Ağdam təmsilçisi II təsnifat mərhələsində Gürcüstan çempionu "Samtredia”nı mübarizədən kənarlaşdırıb (5:0, 1:0). Tiraspol klubu isə Albaniyanın "Kukes”i komandasından güclü olub (1:0, 1:2).

Çempionlar Liqası

III təsnifat mərhələsi, ilk oyun

25 iyul

21:00. "Qarabağ” (Azərbaycan) – "Şerif” (Moldova) - 0:0

Baş hakim: Sergey Tsınkeviç

Yan xətt hakimləri: Yevgeni Romanov, Vitali Malyutsin

Dördüncü hakim: Viktor Şimusik (hakimlər briqadası Belarusdandır)

Hakim-inspektor: İçko Lozev (Bolqarıstan)

UEFA nümayəndəsi: Kuanış Kanapyanov (Qazaxıstan)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Son xəbərlər

Orphus sistemi