ÇL: 2017-2018 mövsümü üzrə qrup mərhələsinə start verilib

ÇL: 2017-2018 mövsümü üzrə qrup mərhələsinə start verilib Mərkəzi qarşılaşma "Barselona" ilə "Yuventus" arasında keçirilib
Futbol
13 Sentyabr , 2017 01:10
ÇL: 2017-2018 mövsümü üzrə qrup mərhələsinə start verilib
Report/ Firi Səlim

Bakı. 13 sentyabr. REPORT.AZ/ Futbol üzrə Çempionlar Liqasında 2017-2018 mövsümü üzrə qrup mərhələsinə start verilib.

"Report"un məlumatına görə, I turun ilk oyun gününün mərkəzi qarşılaşması İspaniyada "Barselona" ilə İtaliya "Yuventus"u arasında keçirilib.

Görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb. Qollardan 2-ni Lionel Messi vurub. Daha 4 oyunda da darmadağın qeydə alınıb. Ən böyük hesablı məğlubiyyətlə "Qarabağ"dan sonra Şotlandiya "Seltik"i üzləşib. "Seltik" evdə Fransa PSJ-sinə 0:5 hesabı ilə yeniliblər. Bu görüşdə PSJ-nin yeni transferləri Neymar və Kilian Mbappe ilk 2 qolun müəllifi olub.

Rusiya MOİK-i və Portuqaliya "Sportinq"i səfərdə əzmkar qələbəyə imza atıb. Yalnız "Qarabağ"la eyni qrupda yer alan İtaliya "Roma"sı ilə İspaniya "Atletiko"su arasındakı görüşdə qol vurulmayıb.

Çempionlar Liqası

Qrup mərhələsi, I tur

12 sentyabr

A qrupu

22:45. "Benfika” (Portuqaliya) – MOİK (Moskva, Rusiya) - 1:2

Qollar: Haris Seferoviç, 50 - Vitinyo, 63-penalti ilə. Timur Jamaletdinov, 71

22:45. "Mançester Yunayted” (İngiltərə) – "Bazel” (İsveçrə) - 3:0

Qollar: Maruan Fellaini, 35. Romelu Lukaku, 53. Markus Reşford, 84

B qrupu

22:45. "Bavariya” (Almaniya) – "Anderlext" (Belçika) - 3:0

Qollar: Robert Levandovski, 12-penalti ilə. Tiaqo Alkantara, 65

Qırmızı vərəqə: Sven Kums, 11 ("Anderlext")

22:45. "Seltik” (Şotlandiya) – PSJ (Fransa) - 0:5

Qollar: Neymar, 19. Kilian Mbappe, 34. Edinson Kavani, 40-penalti ilə; 85. Mikael Lustiq, 83-öz qapısına.

C qrupu

22:45. "Roma” (İtaliya) – "Atletiko” (İspaniya) - 0:0

22:45. "Çelsi” (İngiltərə) – "QARABAĞ” (AZƏRBAYCAN) - 6:0

Qollar: Pedro Rodriges, 5. Davide Zappakosta, 30. Sezar Aspilikueta, 55. Tiemu Bakayoko, 72. Mişi Batşuayi, 76. Maksim Medvedev, 82-öz qapısına

D qrupu

22:45. "Barselona” (İspaniya) – "Yuventus” (İtaliya) - 3:0

Qollar: Lionel Messi, 45; 69. İvan Rakitiç, 56

22:45. "Olimpiakos” (Yunanıstan) – "Sportinq” (Portuqaliya) - 2:3

Qollar: Felipe Pardo, 89; 90+3 - Seydu Dumbia, 2. Gelson Martins, 13. Brunu Fernandeş, 43

Qeyd edək ki, daha 4 qrupda 8 oyun bu gün olacaq.

Son xəbərlər

Orphus sistemi