Çinin orta məktəblərində futbolu məcburi fənn kimi tədris edəcəklər

Çinin orta məktəblərində futbolu məcburi fənn kimi tədris edəcəklər Ölkə prezidenti proqram hazırlayıb
Futbol
19 Dekabr , 2014 10:18
Çinin orta məktəblərində futbolu məcburi fənn kimi tədris edəcəklər

Bakı. 19 dekabr. REPORT.AZ/ Çin prezidenti Si Tszinpin ölkədə futbolun inkişafı və populyarlaşdırılmasına dair proqram hazırlayıb. "Report"un "The Economist"ə istinadən məlumatına görə, Tszinpin bu addımın gələcəkdə Çin yığmasına dünya çempionatına vəsiqə qazanmaqda, bu yarışı keçirməkdə və qalib kimi başa vurmaqda yardımçı olacağını bildirib. 

Proqrama əsasən, futbol ölkə məktəblərində məcburi fənn kimi tədris ediləcək, 2017-ci ilədək 20 min məktəb yeni meydan və bazalarla təchiz olunacaq. Bu addım 100 min yeni futbolçunun ortaya çıxmasına səbəb olacaq. Digər tərəfdən, 2016-cı ildə universitetə daxil olarkən, abituriyentlər öz arzuları ilə futboldan imtahan verə bilərlər. 

Qeyd edək ki, hazırda Çin FİFA reytinqində 88-ci yerdədir. Ölkə yığması yalnız bir dəfə - 2002-ci ildə dünya çempionatına vəsiqə qazanıb. 

Son xəbərlər

Orphus sistemi