Çingiz İsmayılov: "Bu məsələni unutmuşdum və yadıma da düşmürdü"

Çingiz İsmayılov: "Bu məsələni unutmuşdum və yadıma da düşmürdü" "Mənə zəng edib dedilər ki, təbrik edirəm, sənə ad veriblər"
Futbol
23 Dekabr , 2014 14:44
Çingiz İsmayılov: Bu məsələni unutmuşdum və yadıma da düşmürdü
Bakı. 23 dekabr. REPORT.AZ/ "Mənə bir dəfə 1989-cu ildə təklif etmişdilər. Orada gərək anket doldurasan. Sonra dedilər ki, verməlidirlər. Bu adı ölkə prezidenti verir. Mən də fikirləşdim ki, nə vaxt layiq bilərlər, onda da verərlər. Artıq bu məsələni unutmuşdum və yadıma düşmürdü". Bunu "Report"a açıqlamasında bu yaxınlarda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən "Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi" adına layiq görülən Çingiz İsmayılov deyib.

79 yaşlı idman xadimi fəxri ad aldığını başqasından eşitdiyini söyləyib: "Bir dəfə sanballı adamlardan biri, vaxtilə qəzet redaktoru işləyib və idmanı sevən adamdır, soruşdu ki, mən televizora baxıram, sənin adını veriblər, dedim yox. Niyəsini soruşanda "Ağlamayan uşağa çörək vermirlər" dedim. Təşkilatlara müraciət etmirsənsə, sənə necə ad verə bilərlər? Mənə anket verdilər ki, bunu doldur. Mən də doldurub verdim. Buna AFFA və Gənclər və İdman Nazirliyi qol çəkir. Sonra prezident aparatına göndərirlər. Mən evdə idim, o vaxt "Neftçi"də vitse-prezident işləmiş bir nəfər vardı. O mənə zəng edib dedi ki, təbrik edirəm, sənə ad veriblər. Mənim də xəbərim yox idi, heç kim deməmişdi".

Ç.İsmayılov AFFA-da unudulmadığını, tədbirlərə dəvət olunduğunu da vurğulayıb: "75 illik yubileyimdə AFFA-ya dəvət olundum. Tədbir təşkil etmişdilər. Bundan əlavə Azərbaycan futbolunun 100 illiyinə həsr edilmiş tədbirə də dəvət olunmuşdum".

Son xəbərlər

Orphus sistemi