Yuxarı

​Çingiz Hüseynzadə: "Nazim Babayevin nailiyyətindən fərəh hissi keçirirəm"

Bizdə atletika üzrə Avropa rekordçusu çox nadir hallarda olur

Bakı. 5 avqust. REPORT.AZ Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Azərbaycan atleti Nazim Babayevin gənclər arasında Avropa çempionatında qızıl medal qazanaraq, qitə rekordu yeniləməsi və 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya əldə etməsindən danışıb. "Report"un məlumatına görə, bununla bağlı keçirilmiş mətbuat konfransında üç təkanla tullanan N.Babayevin hələ "Bakı 2015" I Avropa Oyunlarında uğurla çıxış etdiyini xatırladıb. 

O, 18 yaşlı idmançının nailiyyətini təqdirəlayiq hal hesab edib: "Bizim atlet Avropa rekordunu yenilədi və adını Avropa idmanının tarixinə yazdırdı. Bizdə atletika üzrə Avropa rekordçusu çox nadir hallarda olur. Bu, eyni zamanda Babayevə 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazandırıb. Belə gözəl nailiyyətlə fərəh hissi keçirirəm. Bu, qürurverici bir haldır. Onun yaşına baxdıqda yeniyetmə, gənc olduğunu görərik".

Ç.Hüseynzadə bildirib ki, artıq Azərbaycan Avropa atletika ailəsinin bir üzvüdür: "Bizim əsas məsələlərimizdən biri atletikanın kütləviliyini artırmaqdır. Biz insanları bu idman növünə dəvət etdikdə, onlara kumir, qəhrəman göstərməliyik və şadam ki, belə gənc idmançımız var. Açıq deyim ki, insanların hamısı atletikanı tanımır".

Sonda vitse-prezident gənc idmançı Nazim Babayevə uğurlar arzulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi