Çingiz Abdullayev: "Onlar futbol oynayanda, mən top daşıyırdım"

Çingiz Abdullayev: "Onlar futbol oynayanda, mən top daşıyırdım" "Fərhad Bədəlbəyli gedib Lissabonda Eysebio ilə şəxsən görüşmüşdü"
Futbol
16 Oktyabr , 2015 22:27
Çingiz Abdullayev: Onlar futbol oynayanda, mən top daşıyırdım

Bakı. 16 oktyabr. REPORT.AZ/ "Neftçi" Peşəkar Futbol Klubunun Müşahidə Şurasının sədri Çingiz Abdullayev bəzi məqamlarla bağlı jurnalistlərin suallarını cavablandırıb.

"Report" həmin müsahibəni təqdim edir:

"Asan Xidmət" ilə bağlanan müqavilənin dəyəri nə qədərdir?

- Onu deyə bilərəm ki, 10 milyon deyil.

Müşahidə Şurasına (MŞ) yeni üzvlərin daxil olması ilə bağlı fikirlərinizi bilmək istərdik...

- Fərhad Bədəlbəyli uşaqlıqdan futbolu sevir. Rektorlar ona görə lazımdır ki, onlar tələbələrlə, cavanlarla ünsiyyətdə olurlar. 1968-ci ildə çempion olanda, Fərhad Bədəlbəyli gedib Lissabonda futbolçu Eysebio ilə şəxsən görüşmüşdü. Sizə bir az şikayət də edim: onlar, yəni Polad Bülbüloğlu, Müslüm Maqomayev, Leonid Vanşteyn, Fərhad Bədəlbəyli futbol oynayanda, məni stadiona buraxmırdılar. Balaca olduğum üçün mənə deyirdilər ki, "sən top daşı". İndi nə etmək olar (gülür).

Bakı Musiqi Akademiyası tələbələrinin "Neftçi"nin oyunlarında görünəcəyini gözləmək olar?

- Bəli, olar. İnanmıram ki, bu məcburi olsun. Kim istəsə gələcək, bəlkə də, rektora görə gəldilər. Bəs niyə görə o birilərini soruşmayırsınız, Azərbaycanda mini futbolun əsasını qoyan Mehdi müəllimi, bizim tanınmış futbolçumuz Əsgər Abdullayevi? Yeri gəlmişkən, o mənim qohumum deyil (gülür).

Sizcə Abdullayev məşqçi kimi faydalı olar, ya MŞ-nın üzvü kimi?

- Hələlik baş məqçimiz var və onu dəyişmək fikrimiz yoxdur. Biz onun yaxşı işlədiyini hesab edirik.

"ASAN Xidmət" ilə müqavilə neçə illik nəzərdə tutulub?

- Hələlik üçillikdir. Təbii ki 3-5 illik istəyirik. Amma bu müddət uzadılacaq. Biz ümumiyyətlə əməkdaşlığın davamlı olmasını istəyirik. Bu müqavilə həm bizim, həm də onların nüfuzunu qaldıracaq.

Hər şey bir yana, amma meydanda qələbə qazanmaq lazımdır. "Neftçi"nin qələbələri olmalıdır. Düzdür, mən bildirdim ki, bizim komanda hazırlamağımız 2-3 il çəkəcək, amma "Neftçi" hazırda 5-6-cı yerdə getməməlidir. Hər oyunda qələbə qazanmalıyıq və digər komandalar da bizə qarşı xüsusi oyun sərgiləyirlər.

Hakimliklə bağlı fikirlərinizi bilmək istərdik..

- "Qarabağ"la oyunda, mən şəxsən penaltinin olmadığını düşündüyümü demişdim. Biz hakimliklə bağlı heç nə deməmişik. Və heç vaxt deməyəcəyik. Bu düzgün deyil.

Siz hesab etmirsiz ki, "Neftçi"ni məğlub etmək, "ASAN Xidmət"dən şəxsiyyət vəsiqəsi almaq qədər asandır?

- Xeyir, hesab etmirəm.

Son xəbərlər

Orphus sistemi