Çingiz Abdullayev: "Mən "Neftçi"yə dostlarımı, qohumlarımı və ya tanışlarımı götürmürəm"

Çingiz Abdullayev: "Mən "Neftçi"yə dostlarımı, qohumlarımı və ya tanışlarımı götürmürəm" "Biz Azərbaycan futbolu naminə çalışacaq insanları cəlb edirik"
Futbol
17 Aprel , 2015 10:02
Çingiz Abdullayev: Mən Neftçiyə dostlarımı, qohumlarımı və ya tanışlarımı götürmürəm

Bakı. 17 aprel. REPORT.AZ/ "Əlbəttə, "Neftçi"də müəyyən addımlar atacağıq. Əlbəttə, klubumuzu yenidən quracağıq. Əlbəttə, çalışacağıq və strukturu mütləq dəyişəcəyik. Əlbəttə, bir çox yanaşmaları dəyişəcəyik". Bunu "Report"a açıqlamasında "Neftçi" klubunun Müşahidə Şurasının sədri, xalq yazıçısı Çingiz Abdullayev deyib.

Ç.Abdullayev bildirib ki, komandaya yeni mütəxəssislər şəxsi münasibətlər əsasında götürülməyib: "Biz dünyaca məşhur 2 sabiq oyunçunu cəlb etmişik. Bunlardan biri İspaniya və Portuqaliyada çıxış etmiş Vəli Qasımovdur. Dmitri Kramarenko isə məşhur olmaqla yanaşı, atası Sergey Kramarenko da vaxtilə "Neftçi"nin ulduzlardan ibarət heyətinin tərkibində yer alıb. Özünüz də görürsünüz ki, dostlarımı, qohumlarımı və ya sadəcə, tanışlarımı götürmürəm. Biz Azərbaycan futbolu naminə çalışacaq insanları cəlb edirik. Ümidvaram ki, nə isə edə biləcəyik".

Müşahidə Şurasının sədri aprelin 21-də "İnter" komandası ilə keçirəcəkləri yarımfinal mərhələsinin cavab oyunu barədə də danışıb. O, "Neftçi"nin finala yüksələcəyinə ümidvar olduğunu bildirib.

Qeyd edək ki, ilk görüşdə "Neftçi" öz meydanında "İnter"i 2:0 hesabı ilə yenib. 

Son xəbərlər

Orphus sistemi