​Çingiz Abdullayev: "Mən öz vəzifəmdəyəm və bütün proseslərə tam nəzarət edirəm"

​Çingiz Abdullayev: "Mən öz vəzifəmdəyəm və bütün proseslərə tam nəzarət edirəm" "Biz düz yoldayıq və yaxın gələcəkdə bu komanda böyük uğurlara imza atacaq"
Futbol
25 Avqust , 2015 20:05
​Çingiz Abdullayev: Mən öz vəzifəmdəyəm və bütün proseslərə tam nəzarət edirəm

Bakı. 25 avqust. REPORT.AZ/ “Neftçi” futbol klubunun Müşahidə Şurasının sədri Çingiz Abdullayev Topaz Premyer Liqasının III turunda “Sumqayıt” üzərində qazanılmış qələbə münasibətilə komanda üzvlərini təbrik edib. "Report"un məlumatına görə, Ç.Abdullayev klubun rəsmi saytına açıqlamasında flaqmanın 9 futbolçusunun Azərbaycanın müxtəlif milli komandalarına dəvət almalarına münasibət bildirib.

O deyib ki, hazırda işgüzar səfərlə əlaqədar Azərbaycanda olmasa da, komandanın çıxışını izləyir və klubdaxili vəziyyət barədə şura üzvlərindən mütəmadi məlumat alır: “Sumqayıt” klubu ilə oyunda qazanılmış qələbə münasibətilə futbolçuları təbrik edirəm. Düzdür, çempionata istədiyimiz kimi başlamamışdıq, amma bu qələbənin uğurun başlanğıcı olduğunu düşünürəm. İnanıram ki, çempionatdakı fasilədən sonra komandanın göstərdiyi nəticələr yüksələn xətlə davam edəcək. Təbii ki, əsas heyətimizdən 9 futbolçunun yığma komandamıza çağırıldığını da qeyd etməliyəm. İstərdik ki, onlar milli komandadakı uğurlu çıxışı ilə bizi sevindirsinlər və orada möhkəmlənsinlər”.

Bununla yanaşı, Ç.Abdullayev Müşahidə Şurasından istefa vərəcəyi ilə bağlı bəzi KİV-lərdə yayılmış xəbərlərə də münasibət bildirib: “Bu, söz-söhbətdən başqa bir şey deyil. Belə şayiələrə fikir verməyin heç bir əhəmiyyəti yoxdur. Əgər bundan nigaran olanlar varsa, bilsinlər ki, mən öz vəzifəmdəyəm və bütün proseslərə tam nəzarət edirəm. Hesab edirəm ki, biz düz yoldayıq və yaxın gələcəkdə bu komanda böyük uğurlara imza atacaq. İşgüzar səfərim başa çatdıqdan sonra sentyabrın əvəllərində Müşahidə Şurasının növbəti iclasını keçirəcəyik”.

Son xəbərlər

Orphus sistemi