Çingiz Abdullayev: "Mən ermənilərə necə qalib gələcəyimizi bilirəm"

Çingiz Abdullayev: "Mən ermənilərə necə qalib gələcəyimizi bilirəm" "Neftçi"nin Müşahidə Şurasının sədri televiziyada yayımlanan proqramlardan da narazıdır
Futbol
13 Aprel , 2015 20:31
Çingiz Abdullayev: Mən ermənilərə necə qalib gələcəyimizi bilirəm

Bakı. 13 aprel. REPORT.AZ/ "Mən ermənilərə necə qalib gələcəyimizi bilirəm. Onlar oturublar bizim torpaqlarda, ancaq həmin torpaqlar gec-tez azad olunacaq". "Report"un məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında "Neftçi"nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev deyib.

Televiziyada yayımlanan proqramlardan narazılığını bildirən Ç.Abdullayev şikayətini bu cür ifadə edib: "Bütün günü səhərdən axşamadək efirdə çalırıq, oynayırıq. Orada qadınlar yeyib-içirlər. Hər hansı bir kitabın reklamını görməmişəm. Axşamadək ya şou-biznes, ya da şadlıq evlərinin reklamları gedir".

O, futbol oyunlarının efir vasitəsilə təbliğindən də danışıb: "Təbii, bunlara baxıb ermənilərin ürəyi partlayacaq ki, bu, necə millətdir. Səhərdən axşamadək yeyir, içir, oynayır. Mən bunun qəti əleyhinəyəm. Heç olmasa ağıllı kitabın, futbolun reklamı olsun".

Son xəbərlər

Orphus sistemi